İngiltərə “Arsenal”ı ilə müqaviləsi başa çatan rusiyalı futbolçu Andrey Arşavinə “Xəzər Lənkəran” ildə 20 milyon funt sterlinq ödəməyə hazırdır. Lent.az-ın “Eurosport”a istinadən verdiyi məlumata görə, bu, dünyanın transfer tarixinə düşəcək təkliflərdəndir.
Düzdür, 31 yaşlı hücumçuya hələlik rəsmi təklif ünvanlanmayıb. Amma keçid baş tutsa, Arşavin həftədə təqribən 400 min funt qazanacaq. Bununla da ulduz futbolçu Rusiya “Anji”sində forma geyinən və həftədə 330 min funt qazanan Samüel Eto O-nu geridə qoyacaq.
Qeyd edək ki, Andrey Arşavinlə İngiltərənin “Fulhem” klubu da maraqlanır.
“Xəzər Lənkəran”dan Arşavinə fantastik təklif
•
•