Milli Şuranın elan edilməsilə başlayan qarayaxmaların, sağdan-soldan saldırıların qaynağı bəllidir.
28 mayda Rəsulzadənin Novxanıdakı abidəsi önündə Milli Şura elan edilməyincə, özünü təəssüflənən, “şəxsi maraqların yenə də milli maraqların önünə keçməsindən gileylənən” kimi göstərən adamlar həmin gün axşam, Milli Şuranın yaradıldığı elan edilincə artıq valı dəyişmişdilər – “Rusiya kartı”nı önə atmışdılar.
Bu qədər adam bir gün ərzində bir-birinin ağzına tüpürübmüş kimi, əvvəl necə “təəssüflənə”, sonra necə qəzəblənə bilirlər?
Bəyəm bu, onların düyməsinin hardan basıldığını anlamaq üçün yetərli deyilmi?
Elə isə onlara zaman xərcləmək, enerji sərf etmək nə üçün?
Onsuz da həlledici vaxta çox qalmayıb. Zaman azdır, amma görülməli iş çoxdur. Ona görə də bütün günü oturub yaptokratların və onların müxalifətçi qiyafəsindəki züytutanlarının – belələrinə “ələkçinin qılverənləri” deyək ki, məsələ daha da aydın olsun, – zəvzəkliklərinə, sərsəmləmələrinə cavab verməklə məşğul olmaq yersizdir.
Nə vaxtı, nə əsəbləri belələrinə xərcləməyə ehtiyac yoxdur.
Illərdir müxalifəti “böyük birlik” yaratmadığına görə yıxıb-sürüyənlərin indi durub özlərini bu birliyə qarşı qoymaları onların gerçək mahiyyətlərini açıb göstərir. Sübut edir ki, bu binəvaların rejimə qarşı real duruş sərgiləyənləri aşağılamaq üçün fürsət güdməkdən başqa iş-gücləri yoxdur. Onlar bunun üçün mövcuddurlar, onları bunun üçün bəsləyirlər.
Inanın, Rüstəm Ibrahimbəyov Milli Şurada olmasaydı, ağıllarına Rusiya məsələsi gəlməyəcəkdi, onda da başqa bir bəhanə ilə saldıracaqdılar, aşağılamağa, qara yaxmağa çalışacaqdılar. Uzağa getməyin, 7-8 il əvvəl “Azadlıq” bloku yarananda onu “Qərbin Azərbaycandakı agenturası” elan edən bunlar deyildilərmi?
Illərcə hər müxalifət birliyi yarandıqda qulağımızı “bunlar bir dəfə gəlmişdilər, gördük” söhbəti ilə yağır elədilər. Hər yaranan birliyi 92-93-cü illəri xatırlatmaqla vurmağa, gözdən salmağa çalışdılar.
Indi baxırlar son yaranan birliyi “Cəbhə-Müsavat cütlüyü”, “bunların hakimiyyəti vaxtı xalq gecələr çölə çıxa bilmirdi” kimi taftalogiyalarla “vurmaq” mümkün deyil, “Rusiya kartı”nı işə salırlar.
Əmin olun, Rüstəm Ibrahimbəyov faktı olmasa, rejim çoxdan Milli Şuranı məsələn, “NIDA”çıların “facebook inqilabı” ilə əlaqələndirib indi öz qılverənlərinə, mirzələrinə “ermənipərəst Qərbin Azərbaycanda hakimiyyət çevrilişinə hazırlaşması” barədə sərsəmləmələr yazdırır, gic-gic ssenarilər uydururdular.
Odur ki, deyilənlərə əhəmiyyət vermədən, boynu bu oğru, qaniçən rejimin qoltuğunda olanlara baş qoşmadan, onlara zaman və əsəb xərcləmədən qarşıdakı hədəfə doğru yürümək lazımdır. Çalışmaq lazımdır, işləmək lazımdır. Daha çox fədakarlıq, daha çox əzm, daha çox əmək ortaya qoymaq lazımdır.
Inanın, rejimin ən böyük qorxusu budur: Iş! Çalışqanlıq! Fədakarlıq!
Rejimə nə lazımdır? Ona lazımdır ki, biz günümüzü, hər gün birinin başının altından çıxan dedi-qodulara həsr edək, bütün günü oturub bunlarla mənasız yerə deyişək, çənə yoraq. Axı sadəcə, quru söz-söhbətlə məşğul olmaq dananı qurda, hakimiyyəti isə yenidən bunlara verməkdir.
Qısası, qoy bu da bizim qarşıdakı günlər, həftələr, aylar üçün şüarlarımızdan biri olsun:
Zaman azdır, iş çoxdur,
ələkçinin qılverənlərinə
ayıracaq vaxt yoxdur!
Kasıbçılığın daşını necə atmalı?
Dünən maraqlı bir bilgi aldım.
Öyrəndiyimə görə, bəzi rejim KIV-lərində özünü müxalifət funksionerləri sayan və müxalifmeylliliyi ilə bilinən tanınmışlardan müxalifətə qarşı ittihamedici, qızışdırıcı, araqarışdıran açıqlamalar və müsahibələr almağı bacaran jurnalistlərə bunun müqabilində ikiqat, üçqat artıq qonorar ödənilirmiş.
Kimlər ki, bu cür açıqlamalar və müsahibələr verməyə meyllidirlər, qoy ağıllı tərpənsinlər, boşuna çənə yormasınlar, həmin jurnalistlərə ortaqlıq təklif etsinlər, yəni, onlara artıqlaması ilə ödənən qonorardan pay istəsinlər.
Kasıbçılığın daşını atmaq üçün şans bu qədər ayaqlarına gəlmişkən onu geri çevirməsinlər, məncə.

Milli Şuranın bir şüarı bu olsun…
•
•