Bunun bir adı var -vandalizim!

KXCP-dəki fraksiyadan Aslan İsmayılova dəstək

KXCP-də fəaliyyət göstərən Demokratik Birlik Fraksiyasının həmtəsisçisi Fikrət Cəfərli tanınmış vəkil Aslan İsmayılovun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində döyülərək təhdid edilməsini pisləyən bəyanat yayıb. Bəyanatda deyilir:

“Aslan İsmayılova edilən bu təhqiramiz hərəkətin bir adı var -vandalizim! Bu hadisə ölkənin hüquq sisteminin necə böhran məngənəsində çabalamağının göstəricisidir. Mən Aslan bəyin başına gətirilənləri şəxsiyyətin alçaldılması və heç bir mənəviyyata sığmayan hərəkət sayaraq, ölkənin bütün hüquqşünaslarına müraciət edirəm. Əgər bu gün savadı və şərəfilə bu hakimiyyətin repressiyalarına ləyaqətlə sinə gərən, vətəndaşların müdafiəsində qətiyyətlə dayanan, ölkəmizin həm daxildə, həm də xaricdə savad və intellekti ilə tanınan hüquqşünasını müdafiə edə bilmirsizinsə, o zaman sadə vətəndaşlarımızı necə müdafiə edəcəksiniz və o sadə vətəndaşlar sizlərə necə güvənə biləcəkləri sualı qarşısında qalacaqlar. Azərbaycan hamımızın məmləkətidi. Bu ölkənin vətəndaşları rüşvətxor, korrupsener mafiyanın əlində girov saxlanıla bilməz. Ölkənin demokratikləşmə dalğasının qarşısını bu metodlarla almağı düşünən rejim mənsubları Ərəb baharından nəticə çıxarmalıdır”.