İnsan kədəri psixi xəstəliklərə aid edilir

Amerika Psixiatorlar Assosiasiyası «Psixi pozğunluqların diaqnostikası və statistikası» dərsliyinə ilk baxışdan əhəmiyyətsiz görünən, lakin mübahisələrə səbəb ola biləcək dəyişiklik edib. Məsələn, yaxın adamını itirən şəxsin kədərinin uzanması xəstəlik hesab oluna bilər. Beləliklə sığorta şirkətləri belə bir diaqnoz qoyulan adamların istifadə etdiyi antidepresantların pulunu ödəməli olacaq. Alimlər hesab edir ki, yaxin adamın ölümündən yaranan ağır itki hissi və kliniki depressiyanın simptomları oxşardır.