ABŞ senatoru, keçmiş prezidentliyə namizəd, tez-tez qalmaqallı hərəkətləri ilə gündəmə gələn Con Makkeyn ötən axşam Suriyaya gedib. O burada müxalifət nümayəndələri ilə görüşlər keçirib. Bu barədə məlumat verən senatorun mətbuat katibi Brayan Rocers səfərin detallarını açıqlamayıb. Suriya üsyançılarının yaratdığı əsas silahlı qruplaşma olan “Azad Suriya Ordusu”nun komandiri Salim İdris bildirib ki, Makkeynin onları ziyarət etməsi çox xeyirli və vacibdir. “Biz istəyirik ki, ABŞ hökuməyi Suriya üsyançılarını silah və sursartlar, tank əleyhinə raketlər və zenit silahları ilə dəstəkləsin. Eyni zamanda biz uçuşlar üçün qadağan zonanın tətbiq edilməsini istəyirik”, – deyə Salim İdris bildirib. Qeyd edək ki, İslam dünyasına qarşı xüsusi qərəzli mövqeyi ilə tanınan Con Makkeyn Suriyada münaqişə başlanandan bəri bu ölkəyə səfər edən ilk yüksək rütbəli Amerika rəsmisidir.
Makkeyn Suriyaya getdi
•