Hakimiyyət gözlənilməz zərbə aldı

Beynəlxalq Krans Montana təşkilatı illik forumunu Bakıda keçirməkdən imtina etdi

Beynəlxalq Krans Montana təşkilatı 27-30 iyun tarixlərində illik forumunun Bakıda keçirilməsi haqqında elanı saytdan çıxarıb. 24-cü illik Krans Montana Forumunun keçirilməsi haqqında elan təxminən bir ay ərzində saytda yer alıb və aprel ayında mətbuatda yayılıb. Azərbaycan tərəfi baş verənlərlə bağlı heç bir şərh vermir.
Forumda dünyanın müxtəlif ölkələrinin və işgüzar dairələrin 600-ə yaxın nümayəndəsinin iştirakı, “Azərbaycanda IKT ili: məqsədlər və imkanlar” adlı interaktiv sessiyaların keçirilməsi, “Uğurlu ikitərəfli əməkdaşlığın nümunəsi: Azərbaycan və Rumıniya”, “Azərbaycan və onun beynəlxalq əlaqələri: beynəlxalq və dini strategiyaların reallaşdırılması” adlı plenar sessiyalar planlaşdırılırdı.
Ötən ilin iyulunda Azərbaycan hökumətinin dəstəyi və prezident Ilham Əliyevin şəxsi himayəsi ilə keçirilən 23-cü Krans Montana forumunu qəbul edib.
Krans Montana Forumu 1986-cı ildə Krans-Montanada (Isveçrə) yaradılmış beynəlxalq təşkilatdır. O, bütün əsas beynəlxalq təşkilatlar tərəfindən rəsmi olaraq qəbul edilib və onlarla sıx əlaqəli şəkildə işləyir. Krans Montana forumu BMT, YUNESKO, YUNIDO, ISESKO, Avropa Ittifaqı, Avropa Şurası, OFID, habelə ən böyük beynəlxalq qruplarla yaxından əməkdaşlıq edir. Prezident Ilham Əliyev və həyat yoldaşı Mehriban Əliyeva 2011-2012-ci illərdə Forumun ən yüksək “Prix de la Fondation” mükafatına layiq görülüb.
30 ildir fəaliyyət göstərən Fondun əsas vəzifəsinin adətən təşkilatın işgüzar qrupların nümayəndələri, müxtəlif ölkələrin dövlət və siyasi xadimləri ilə birbaşa əlaqələrinə yardım göstərilməsi olduğu bildirilirdi. Lakin mayın 27-də Crans Montana prezidenti Kan-Pol-Karteron NewEurope online nəşrinə müsahibəsində Krans Montana missiyasının daha səmimi ideyasını açıqladı- yeni demokratiyaların adaptasiyası və avtoritar rejimlərin liberalizm və demokratiya istiqamətində təkamülü. Bu il rəsmi Bakının lobbiçilik etdiyi beynəlxalq tədbirlərlə bəxti gətirmir. Aprel ayında Bakıda MDBMI məzunlarının ilk Ümumdünya Forumu və Davos Iqtisadi Forumu uğursuz keçdi. Bir sıra ölkələrdən, o cümlədən Rusiyadan dəvət edilmiş yüksək vəzifəli məmurlar və biznesmenlər hər iki tədbirə məhəl qoymayıb.