Tarix təkrarlanır…

Çapay Sultanov

70-ci illərdə H.Əliyevin təşəbbüsü ilə Azərbaycanda şahmat məktəblərinin yaradılmasına başlanılmışdı. O zamanlar Azərbaycan Şahmat Federasiyasının rəhbəri olmuş müəllifin aktiv iştirakı ilə qısa müddət ərzində Azərbaycanın müxtəlif regionlarında 43 şahmat məktəbi yaradılmışdı. Azərbaycan Respublikasının Bədən Tərbiyəsi Institutunda şahmat ixtisası açılmış, aylıq şahmat icmalı dərc edilməyə başlamışdı.
Azərbaycanda müxtəlif səviyyəli şahmat yarışları, o cümlədən beynəlxalq turnirlər keçirilməyə başlanmışdı. Uğurlar özlərini çox gözlətmədi. Müxtəlif uşaq və yeniyetmə yarışlarında Azərbaycan şahmatçı oğlan və qızlarımız mükafatçılar sırasındaydı. Məktəb partasından təzəlikcə aralaşmış Azərbaycan şahmatçı qızlarımız SSRI Xalqlarının Spartakiadasında Moskva, Leninqrad, Rusiya, Ukrayna, Gürcüstan və sair komandaları qabaqlayıb, qadınlar arasında çempion oldular. Xüsusilə vurğulamaq lazımdır ki, bugünkü qrossmeysterlərin əksəriyyəti 70-ci illərin şahmat məktəbinin şagirdləridir. Həmin illərdə Harri Kasparovun da uğurları üzə çıxmağa başlamışdı. Yenicə ayağa qalxan Kasparov, məlum günlərdən sonra Azərbaycanı tərk etmiş DTK-nın komandası ilə birlikdə bütün səylərini Azərbaycan Şahmat Federasiyasının rəhbərinə qarşı yönəltmişdi. Frunze şəhərində SSRI birinciliyindəki qələbədən sonra H.Əliyevin qəbulunda olarkən (müəllif də burda iştirak etmişdir) Kasparov üstüörtülü tərzdə Şahmat Federasiyasına qarşı çıxış etməyə başlamışdı. H.Əliyevin mövqeyi aydın idi: “Şahmat Federasiyası Azərbaycanda şahmatın inkişafı vəzifəsini yerinə yetirir və bunu uğurla edir. Məqsədiniz fərqlidir və mən bu yolda sizə uğurlar diləyirəm”. Yeri gəlmişkən, gələcəkdə də böyük idman yarışmasında H.Əliyev Azərbaycanın ümumi idman hərəkatını kəskin tənqid edərkən, müəllifin rəhbəri olduğu Şahmat Federasiyasının işini müsbət qiymətləndirirdi. Bununla məsələ bağlanmışdı.
Kamran Bağırov hakimiyyətə gəldikdən sonra vəziyyət yenidən gərginləşdi. Vilnüs şəhərində keçirilən yarışmanın yarımfinal mərhələsində Kasparov Vasili Smıslova qalib gəldikdən sonra, o, Kamran Bağırovun qəbulunda olarkən yenidən Azərbaycan Şahmat Federasiyasına qarşı hücuma keçmişdi. Bu dəfə onun səyləri boşa çıxmamışdı. Kasparovla dostluq münasibətlərində olan Kamran Bağırov “Azərbaycan Şahmat Federasiyası ilə məşğul olmaq” göstərişini vermişdi. Və məhz bundan sonra səhnədə “səs verənlər” peyda olmuşdu. Burda əsas rolu Azərbaycan KP Mərkəzi Komitəsinin ideoloji bölməsinin əməkdaşları oynamışdı. Onların bir şüarı olmuşdu – Kasparovla olmayan, onlara qarşıdır.
Irəliyə gedərək deməliyəm ki, Qarabağ münaqişəsinin kritik günlərində ən güclü informasiya zərbəsini Azərbaycana məhz Andrey Saxarov və Harri Kasparov vurdu. Harri Kasparovun məşhur “Bakıda yalnız erməni olduğuna görə səni öldürürlər” ifadəsi dünyanın bir çox tanınmış KIV-lərini gəzmişdi. Və nəhayət, hazırda bir çoxu “cənab” olan, həmin “yoldaşlar” üçün çoxdandır gözlədikləri gün gəlib çatdı – “Federasiyanın geniş iclası” yığıldı və burda “səs verənlər” müəllifi Şahmat Federasiyasının rəhbəri vəzifəsindən azad etdilər. Ən gülməlisi o idi ki, həmin “yoldaşlar” “səs verənləri” normal formalaşdıra bilməmidilər. Iclasa şahmata aidiyyəti olmayan şəxslər yığılsa da, onlar Federasiya rəhbərinin taleyini həll etmişdilər. Bir neçə ay bundan əvvəl isə SSRI Şahmat Federasiyasının iclasında onun rəhbəri, təyyarəçi-kosmonavt Vitali Sevastyanov qərar qəbul etmişdi: “Azərbaycan Şahmat Federasiyasının iş təcrübəsi təqdir edilsin və ittifaq respublikalarının Şahmat Federasiyasına tövsiyyə edilsin”.
Oxucuda belə bir sual yarana bilər: “Nəyə görə müəllif indi bunları yada salır?”. Cavab sadədir. Müəllif qəzetlərdə tanınmış hüquqşünas-ictimaiyyətçi Aslan Ismayılovun idman federasiyası kimi bütün hüquqşünasları birləşdirən Vəkillər Kollegiyasından xaric edildiyini oxuduqda, bunu yada saldı. “Səs verənlərin” bu qərarı müəllifi sarsıtmışdı. Müəllif Aslan Ismayılovun çıxışlarını diqqətlə izləyir və bunlarda hər hansı qeyri-konstitusion və ya ekstremist planlı bir niyyət tapmamışdı. Ismayılov heç zaman üsyana, hakimiyyətin devrilməsinə və s. bu kimi hallara çağırış etməmiş, bundan önəmlisi isə, o hər zaman hadisələrin arzuolunmaz nəticəsi kimi məhz bundan (üsyan və s.) qorxduğunu vurğulamışdı. Yeri gəlmişkən, həmin hadisələri gözləyənlər bilməlidilər ki, 90-cı illərin əvvəllərində baş vermiş hadisələr indiki hadisələr yanında “qaçdı-tutdu” oyununa bənzəyəcək. Bunu həm iqtidar, həm də müxalifət aydın şəkildə görməlidirlər. Bütün çıxışlarında Ismayılov məhkəmələrin və mətbuatın azadlığından, mülkiyyətçilərə qarşı özbaşınalıqlardan və s. danışır. Əgər Ismayılovun modelinə ümumi görünüş versək, bunu bir neçə sözlə ifadə etmək olar – möhkəm konsolidasiya edilmiş vətəndaş cəmiyyətinin yaradılması. Bu düzgün yoldur, çünki məhz möhkəm konsolidasiya edilmiş vətəndaş cəmiyyəti kənardan edilən bütün çağırışlara müqavimət göstərə bilər. Bu sirr deyil ki, Azərbaycan müxtəlif tərəflərdən bu cür çağırışlarla rastlaşır. Stendalın “Yalnız müqavimət göstərənə söykənmək olur” kəlamı Azərbaycan şəraiti üçün olduqca uyğundur.
Aslan Ismayılov kimi şəxsiyyətlərlə səsvermə yolu ilə uydurulmuş problemi həll etmək olmaz. Həm ümumi təcrübə, həm də, xüsusən, Azərbaycanınÿtəcrübəsi onu göstərir ki, həyati vacib məsələlər səsvermə yolu ilə həll edilmir. 1992-ci ildə H.Əliyevin parlamentdəki çıxışı zamanı ayağını yerə döyən və səs verənlər indi hardadırlar? Əgər bu və ya digər şəxsiyyətlərlə bağlı məsələlər qədim Romadakı Kolizeydəki kimi səsvermə yolu ilə həll edilsəydi, onda dünya ictimaiyyətinin müxtəlifliyi çox böyük fəlakətlə üzləşərdi.
Bu gün elmi işçinin, ictimai xadimin və digərlərinin fəaliyyətinin effektivliyinin qiymətləndirilməsi üzrə dəqiq meyarlar mövcuddur. Elmi işçi üçün bu “istinad etmə indeksidir”, ictimai xadim üçün isə – Facebook, Youtube, Twitter və s. Aslan Ismayılovun bu saytlarda yüz minlərlə rə y(çis)i vardır. Deyilənlərdən sonra, bütün zamanlarda aktual olan tutarlı bir sual yaranır – “Bəs kimdir hakimlər?”.

Sultanov Çapay Əli oğlu, Geologiya-mineralogiya elmlər doktoru, professor, Azərbaycan dövlət mükafatı laureatı, Azərbaycan MTN-nin S.Əsgərxanov adına mükafatın laureatı, bədən tərbiyəsi və idman sahəsində  Azərbaycanın əməkdar xadimi, Azərbaycanın əməkdar məşqçisi

P.S. Müharibədən sonrakı ilk illərdə SSRI Yazıçılar Ittifaqında Ilya Erenburqun “Boran” adlı əsəri qızğın müzakirədə idi. Mərkəzi Komitənin hansısa məmurundan göstəriş alan bütün çıxış edənlər həmin əsəri hiddətlə pisləyirdilər. Nəhayət, sözü Erenburqun özünə verdilər. Hamı ondan peşmançılıq gözləyirdi. Bunun əvəzində Erenburq bir teleqram çıxartdı, oxudu: “Əsərinizi oxudum. Xoşuma gəldi. Stalin” və yerinə əyləşdi. Bütün əvvəl çıxış edənlər yenidən söz istədilər və çıxış etdilər, lakin artıq başqa tərzdə. Güman edirəm, elə bir vaxt gələcək ki, ölkədə müxtəlif məsələlərlə bağlı bu cür “səs verənlər” barədə Konstitusiyanın qarantı – dövlət başçısı da öz mötəbər sözünü deyəcək.