İkinci Günəş tapıldı

Günəşin əkiz tayı kəşf edilib. Bunu Braziliyanın “Rio Grande do Norte” Universitetinin alimləri aşkar ediblər. Yeni ulduza “CoRot Sol1” adını veriblər. Çünki “CoRot” kosmik peykinin köməyi ilə kəşf edilib. Fərziyyələrə görə, “CoRot Sol” ulduzunun yaşı 6,7 milyard ilə yaxındır, başqa sözlə, o, Günəşdən “böyük”dür.

Bu ulduz hazırda Günəşdən ən uzaq olan ulduzdur. Günəş kimi, onun əkizi də sarı cırtdandır. Bu ulduzların əsas enerji mənbəyi helium hidrogenindən istilik-nüvə sintezidir.

“CoRot Sol1”in öz oxu ətrafında fırlanma dövrü 29 gün, Günəşinki isə 30 gündür.