Günün ulduz falı (27.05.2013)

QOÇ
Yaradıcılıq potensialınız yüksək olacaq. Təhsildə və elmi-tədqiqat işlərində nailiyyətlər gözlənilir. Sizi və həmkarlarınızı çoxdan narahat edən problemləri həll edəcəksiniz. Günorta saatları ən xırda detallara qədər diqqət tələb edən işlərlə məşğul olmaq olar.
BUĞA
Günün birinci yarısında işdə ciddi problemləriniz ola bilər. Gözlədiyiniz yardımı ala bilməyəcəksiniz. Böyük sövdələşmələrə girişməyin. Yaxşı tanımadığınız qadınlara etibar etməyin. Onlardan ziyan görəcəksiniz. Günün ikinci yarısında sizi narahat edən sualları cavablandıracaq vacib informasiya alacaqsınız.
ƏKIZLƏR
Məhsuldar gündür. Çox işin öhdəsindən gələcəksiniz. Düşünülməmiş addımlardan uzaq durun. Bu gün ağlınıza gələn ideyalar dərin müzakirələr tələb edəcək. Şəxsi müstəviyə gəlincə, ulduzlar yarınızı incitməməyi məsləhət bilir. Ona qısqanclıq üçün əsas verməyin.
XƏRÇƏNG
Günün birinci yarısı danışıqlar aparmaq üçün əla vaxtdır. Iş yerini dəyişdirmək üçün də əlverişli gündür. Yeni işdə sizi başgicəlləndirici perspektivlər gözləyir. Ancaq yaxınlarla münasibət gərgin olacaq. Narazılığı aradan götürmək üçün yaxınlarınıza diqqət və qayğı göstərin.
ŞIR
Kifayət qədər çətin gündür, amma onu uğurla başa vurmaq şansınız olacaq. Yeni tanışlarla münasibətlərdə ehtiyatlı olun. Siz etibara layiq olmayan şəxsləri çox yaxınınıza buraxırsınız. Ev işləri vaxtınızın çox hissəsini alacaq. Bu gün səfərə çıxmayın, uğursuz olacaq.
QIZ
Professional işlərdə diqqətinizi cəmləyin. Hesab işlərində səhvlərə yol verə bilərsiniz. Xoşbəxtlikdən yanınızda sizə düzgün yol göstərəcək adamlar var. Vədlər verməyə tələsməyin. Çünki onları reallaşdırmaq göründüyü kimi asan olmayacaq.
TƏRƏZI
Işgüzar və şəxsi məsələlərin müzakirəsi üçün günün başlanğıcı daha əlverişlidir. Günün ortalarında neqativ tendensiyalar daha da güclənəcək. Bu isə sizdən ehtiyatlıq tələb edir. Işinizi dəyişməyin, maliyyə ilə bağlı qərarlar verməyin. Yer dəyişimi, eyni zamanda təmir işləri üçün də münasib gün deyil.
ƏQRƏB
Günün emosional mənzərəsi dəyişkən olduğundan əhvalınız da dəyişkən olacaq. Işdə problemlər yarana bilər, rəhbərliklə aranızda fikir ayrılığı olacaq. Yaxşı olar ki, günün çox hissəsini xoş insanların əhatəsində keçirəsiniz. Axşam saatları sakit dincəlmək üçün əlverişlidir.
OXATAN
Uğurlu gündür. Yalnız günorta çağlarında xırda problemlər özünü büruzə verəcək. Lakin hər bir iş qaydasına düşəcək və günün sonrakı hadisələri xoş müstəvidə inkişaf edəcək. Bu gün qadınlarla dil tapmaq çətin olacaq. Maliyyə vəziyyətiniz yaxşı olacaq.
OĞLAQ
Yeni işlərə başlamaq üçün məhsuldar gündür. Hətta ən çətin işdən yapışsanız belə, onun öhdəsindən gələ biləcəksiniz. Işgüzar danışıqlar da xoş müstəvidə keçəcək. Maliyyə işlərilə bağlı qərar vermək olar. Istənilən planınızı həyata keçirmək üçün yaxınlarınıza arxalana bilərsiniz.
DOLÇA
Çətinliklər istisna deyil. Lakin buna baxmayaraq, gün xoş təəssüratlarla yadda qalacaq. Günün birinci yarısı ciddi uğurla bağlı olacaq. Gün xeyli maraqlı görüşlər vəd edir. Işgüzar səfərlər də uğurlu olacaq. Siz eyni vaxtda hamıya- qohumlara, dostlara və həmkarlara vaxt ayıracaqsınız.
BALIQLAR

Günün emosional mənzərəsi xoş olmadığından ətrafdakılarla dil tapmaq çətin olacaq. Əgər fikir ayrılığı yaranarsa, bu, münaqişəyə yol aça bilər. Qabaqcadan planlaşdırdığınız işləri çətinki həyata keçirə biləsiniz. Qısa səfərlər uğurlu olacaq, amma uzun səyahət üçün gün uğurlu hesab edilmir.