Əngəllərə baxmayaraq, partiya uğurlu müşavirə keçirdi
Bu gün AXCP sədrinin müavini Nurəddin Məmmədli, partiya sədrinin müşaviri Zərifə Məhəddinova, Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı və Ali Məclisin sədr müavini İradə Əliyeva Beyləqan rayon cəbhəçiləri ilə müşavirə keçiriblər.
Hələ bir gün əvvəldən polis kəndlərdə təbliğat apararaq, müşavirədə iştirakı əngəlləməyə çalışıb və buna görə 50-yə yaxın cəbhəçi müşavirədə iştirak edə bilməyib. Aldığımız məlumata görə əsasən qadın cəbhəçilərin iştirakına polis əngəl yaradıb.
Ancaq buna baxmayaraq, hərəkat dövründə cəbhədə olmuş adamlar da müşavirəyə qatılıb, 70 –dən yuxarı adamın iştirakı ilə görüş baş tutub.
Müşavirəyə polisin müdaxilə etməmsinin səbəbi isə Beyləqan cəbhəçilərinin şərti olub. Yerli cəbhəçilər bildiriblər ki, əgər müşavirəyə müdaxilə olsa, rayon İcra Hakimiyyətinin qarşısında kütləvi aksiya keçiriləcək.
AXCP Beyləqan rayon təşkilatının sədri Füzuli Qəhrəmanlı tədbiri giriş sözü ilə açaraq, rayonda cəbhəçilərin fəaliyyəti, təşkilatlanması və yeni üzvlərlə bağlı məlumat verib.
Daha sonra partiya rhbərliyi çıxış edərək ölkədəki ictimai- siyasi vəziyyət, qarşıda duran işlər, partiya sədrinin tapşırıqları ilə bağlı geniş məlumat veriblər və yerli cəbhəçilərin sualların cavablandırıblar.
AXCP gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı qazetimizə açıqlamasında bildirdi ki, müşavirə uğurla baş tutub, polis sona qədər uzaqdan müşahidə aparsa da, tədbirə müdaxilə olmayıb: “ cəbəhəçilər çox mübariz əhval –ruhiyyədədilər. Xeyli yeni gənclərlə də görüşdük ki, partiya sıralarına qoşulmaq istəyirlər. Ümumiyyətlə yerli cəbhəçilər birlik məsləsinin vacibliyini bildirdilər və bunun uğurlu olacağına inanırlar.
İlham