AXCP Gənclər Komitəsi demokratik qüvvələrə çağırış etdi

“Respublika gününü birləşmiş demokratik qüvvələr – Milli Şura kimi qeyd edək”

AXCP Gənclər Komitəsi ölkənin demokratik ictimaiyyətinə çağırış edib. Komitənin Facebook səhifəsində yayılan çağırışda deyilir:

“28 May günü cümhuriyyətçiliyimizin, Respublika günümüzün 95 illiyini qeyd etmək üçün Novxanıya Məhəmməd Əmin Rəsulzadənin abidəsi önünə Milli Şura olaraq gedək.
Bütün demokratik düşərgəyə, siyasətçilərə, liderlərə, ziyalılara, vətəndaş cəmiyyəti təmsilçilərinə, gənclərə, hüquq müdafiəçilərinə, yazarlara çağırış edirik:
Respublika gününü birləşmiş demokratik qüvvələr- Milli Şura kimi qeyd edək. 1918-ci ildə Azərbaycana istiqlal qazandirmiş Milli Şura, AXC qurucuları olmuş uca insanların ruhu və xalqımız qarşısında tarixi borcumuzu qismən də olsa, yerinə yetirmiş olaq.
95 illiyimiz qutlu olsun!

Sevgilərlə AXCP Gənclər Komitəsi”.