Günün ulduz falı (23.05.2013)

QOÇ
Günün birinci yarısında yaradıcılıq potensialınız yüksək olacaq. Yeni müttəfiq tapmaq şansınız olacaq. Tənbəl olmayın, işlərinizi sabaha təxirə salmayın. Günün ikinci yarısında maliyyə çətinliyi ola bilər.
BUĞA
Xırda problemlərin yaşanacağı gündür. Maliyyə çətinlikləri də qaçılmazdır. Əgər plansız alış-verişdən, bahalı əyləncədən uzaq dursanız, bu çətinliyi dəf edə bilərsiniz. Bu gün ciddi fiziki yük məsləhət görülmür.
ƏKIZLƏR
Həm şəxsi, həm də professional sferada uğurlu gündür. Ictimai həyatda aktivlik nümayiş etdirəcəksiniz. Mötəbər şəxslərlə görüşün faydasını görəcəksiniz. Valideyn “Əkizlər” bu gün uşaqları ilə yaxşı dil tapacaqlar.
XƏRÇƏNG
Istənilən professional sualın müzakirəsi üçün əlverişli gündür. Hətta danışıqlar gərgin keçərsə belə siz hisslərinizə nəzarət etməyi bacaracaqsınız. Axşam saatlarında əhvalınızın pisləşəcəyi gözlənilir. Gün təmir işləri və ya mebellərin yerini dəyişmək üçün münasib deyil.
ŞIR
Günün birinci yarısında ehtiyatlı olun. Günün bu saatları gərgin keçəcək və bu vədədə asanlıqla səhv edə bilərsiniz. Böyük məbləğli alış-veriş məsləhət deyil. Axşam saatlarını yaxşı olar ki, evdə keçirəsiniz. Yaxınlarınızı sevindirməyi unutmayın.
QIZ
Pozitiv tendensiyaların hökm sürdüyü gün olmasına baxmayaraq, istədiyinizə nail olmaq üçün səy göstərməlisiniz. Düşmənləriniz sizin yolunuzda manelər düzəltməyə davam edir. Bəzən buna nail olurlar. Xoşbəxtlikdən siz sakitliyinizi qoruyub saxlayacaqsınız. Bu da düzgün qərar verməkdə vacib amildir.
TƏRƏZI
Səbirli olun. Gün baş gicəlləndirən uğurlar vəd etmir. Istədiyinzə nail olmazdan əvvəl bir müddət keçəcək. Boş söhbətlərdən uzaq olun. Yeni tanışlıq üçün də münasib gün deyil. Sevdiyiniz şəxsin sizin diqqətinizə ehtiyacı var.
ƏQRƏB
O qədər də uğurlu gün deyil. Yaxşı olar ki, bu gün sənəd işi ilə məşğul olmayasınız. Çünki fikrinizin dağınıq olması işin uğurlu aparılmasına mane olacaq. Axşam saatları kulinariya eksperimentləri üçün məhsuldar olacaq. Həmin saatlarda siz ən çətin hesab etdiyinz yeməyi asanlıqla bişirəcəksiniz.
OXATAN
Işdə diqqətinizi toplaya bilməyəcəksiniz. Bu səbəbdən dalbadal yanlışlıqlara yol verəcəksiniz. Həmkarlarınız məsləhət verəcək, amma siz daxili səsinizin diqtəsinə qulaq asacaqsınız. Bu isə bəzən yanlış yola aparan üsuldur. Bu gün yeni layihələrə girişməyin, sövdələşmə aparmayın.
OĞLAQ
Günün birinci yarısı xoşagəlməz olaylar baş verə bilər. Eyni zamanda günün maliyyə mənzərəsi də uğursuz olacaq. Qohum və dostların dəstəyinə arxalana bilərsiniz. Yola çıxmağınız məsləhət deyil.
DOLÇA
Hadisələrlə zəngin gündür. O baxımdan darıxmayacaqsınız. Gün iş yerinin dəyişmək üçün əlverişlidir. Bu gün liderlik xüsusiyyətinizi göstərə biləcəksiniz. Yeni iş yerində özünüzə müttəfiq tez tapacaqsınız. Bu gün ailə-məişət problemlərini də asanlıqla həll edəcəksiniz.
BALIQLAR
Adi gün deyil. Ehtimal ki, vacib xəbər eşidəcəksiniz. Işgüzar telefon danışıqları səmərəli keçəcək. Çətin durumda sizə dayaq olan şəxslə görüşəcəksiniz. Yaxşı olar ki, iş və ev məsələlərini bir-birilə qarışdırmayasınız. Işdə məhəbbət macərası bu gün üçün uğursuzdur.