Bu gün səhər saatlarında Avropa Şurasının insan haqları üzrə komissarı Nils Muiznieks və onun rəhbərlik etdiyi nümayəndə heyəti İsmayıllıya səfər edib. Səfər çərçivəsində nümayəndə heyəti məlum İsmayıllı olayları barədə vəkillər İslam İsmayılov, Nəvaid Abbasov və “Azadlıq” qəzeti və radiosunun bölgə müxbiri Elçin İsmayıllı ilə görüşərək hadisə barədə ətraflı məlumat alıblar. Qonaqlar daha sonra İsmayıllıdakı Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyətinin başçısı Mirdamət Sadıqov və onun müavini Rövşən Ağayevlə görüşüb onları maraqlandıran məsələlər barədə məlumat alıblar.
Avropa Şurası insan haqları komissarı İsmayıllıda
•


