Məkarim Şirazi: «Azərbaycan prezidentinə təklif etdim ki, xalqla asan rəftar etsin»
Rəsmi Bakını daim ciddi tənqidlərə məruz qoyan müctəhid Məkarim Şirazi Iranda səfərdə olan Qafqaz Müsəlmanları Idarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb. Bu xəbəri Iranın “arannyus” xəbər portalı yayıb.
M.Şirazi kimləri və ya hansı qüvvələri nəzərdə tutduğunu konkretləşdirmədən “düşmənlərin” iki xalq arasında ayrılıq salmasına, şübhə yaratmasına icazə verməməyi tövsiyə edib.
O, A.Paşazadənin Azərbaycan və Qafqazda nüfuz sahibi olduğunu nəzərə çatdırıb.
QMI sədrinə bu mövqeyndən istifadə edərək müsəlman xalqı “azad etmək”, dini mərasimlərini icra edə bilmələrinə çalışmaq tövsiyəsini verib. “Mən Azərbaycan prezidentinə təklif etdim ki, xalqla asan rəftar etsin, zindanda olan bəzi dini şəxsiyyətləri azad etsin, çünki bunun həm xalqa, həm də qonşu xalqlara yaxşı təsiri olar”,- M.Şirazi Azərbaycanda islamçıların həbsilə bağlı vaxtilə yazdığı məktubu xatırladıb. A.Paşazadə müctəhidi Azərbaycan və Qafqaza səfərə dəvət edib.
Müctəhid M.Şirazi Bakıda “Fatimeyi Zəhra məscidi”nin sökülməsinə, hicaba qadağaya etiraz olaraq aksiya keçirən islamçıların, Islam Partiyasının sədri Mövsüm Səmədovun həbslərinə etiraz olan bəyanatlar səsləndirib.


