Emin Ağalarov boşanması haqda şayiələrdən danışdı

Bəstəkar və müğənni, Azərbaycan prezidentinin kürəkəni Emin Ağalarov boşanması ilə bağlı gəzən şayiələrə münasibət bildirib. ANS PRESS-in Fraufluger.ru saytına istinadən verdiyi məlumata görə, Emin Ağalarov deyib: “Birincisi, şayiələrə inanmayın. Həyat yoldaşımla vaxtımızın böyük qismini ayrı-ayrı ölkələrdə keçirirk. Ola bilər ki, bu şayiələr buna görə yayılır. Mən buna zəmin görmürəm. O, uşaqlarla Londondadır, mən isə Moskvada. Hər həftə ailəmi görmək üçün ora uçuram. Bu mənim üçün vacibdir. Həyat yoldaşım artıq iki dildə – rus və ingilis dilində nəşr edilən “Bakı” jurnalının buraxlışı ilə məşğuldur, fəal ictimai fəaliyyəti var. O da mənim kimi çox məşğuldur”.