Qüdrətli Ağqoyunlu dövlətinin banisi
Azərbaycan tarixində əfsanəvi şəxsiyyətlərdən biri sayılan Uzun Həsən Ağqoyunlu dövlətinin banisi, görkəmli sərkərdə və dövlət xadimi olmuşdur. Mənşəcə Oğuz türklərindən olan sərkərdə boyunun ucalığına görə “Uzun Həsən” ləqəbini almışdır.
Tarixdə silinməz iz qoyan Həsən bəy Bayandurÿ1423-cü ildə anadan olmuşdur. Qara Yuluq Osman Bəyin nəvəsidir. Tarixçilərin yazdığına görə, Uzun Həsənin uşaqlıq və gənclik illəri barədə heç nə məlum deyil. Bircə o ehtimal edilir ki, Uzun Həsən yaxşı təhsil almış və yenicə yaranan Ağqoyunlu dövlətininÿhərbi təlimlərində iştirak etmişdir.
O, güclü bir sərkərdə kimi Ağqoyunlu tayfalarını birləşdirib,ÿ Dəcləÿ və Fəratÿçaylarının yuxarı axarı boyunca paytaxtıÿ Diyarbəkirdə yerləşən kiçik bir ərazidə öz hakimiyyətini qurur və o vaxtdan da adı tarixə düşür.
Uzun Həsənÿ Osmanlı imperiyası,ÿVenesiya Respublikası,ÿBöyük Moskva Knyazlığı,ÿQızıl Orda, Polşa, Avstriya, Macarıstan, Çexiya, Almaniya, Papalıq, Burqundiya, Neopolitan Krallığı, Rodos, Kipr, Qaraman bəyliyi, Misir, Hindistan və başqa dövlətlərlə diplomatik münasibətlər saxlamışdır. Amma hər tərəfdən düşmənlərlə əhatə olunmuş bu kiçik dövlətin başçısı öz müttəfiqlərini ÿOsmanlı imperiyasının ÿAvropayaÿ doğru genişlənməsindən qorxuya düşən qərb dövlətləri arasında axtarır. Beləliklə, o, öz müşavirləri vasitəsilə bir neçə Avropa ölkəsi ilə ona odlu silah yardımı göstərilməsi barədə danışıqlar aparır. Nəzərdə tutulan bu yardım ÿQara dənizÿ vəÿ Aralıq dənizi ÿvasitəsilə Uzun Həsənin müttəfiqi, Ağqoyunlu tayfaları ilə qədimdən əməkdaşlıq edən yunan Trapezund imperiyası üzərindən keçib gəlməli idi.
Amma Osmanlılar buna imkan vermək istəmir vəÿ1453-cü ildə ÿFateh II Mehmet ÿtərəfindən Konstantinopol ÿişğal olunduqdan sonraÿTrapezund imperiyasını məhv etmək qərarına gəlirlər. Uzun Həsən buna mane olmaq istəsə də, Osmanlı qoşunlarının Ağqoyunlu ərazisinə müdaxiləsi onu məcbur edir ki, sülh xahişi ilə onlara müraciət etsin. Bununla, Osmanlıların Yastıçəmən yaylağında yerləşən düşərgəsinə Uzun Həsənin anası ÿSara xatununÿ başçılığı ilə elçilər yollanır. Sara xatun mahir bir diplomat kimi öz ölkəsindən çox-çox uzaqlarda da tanınmışdı. O, bu dəfə də öz vəzifəsinin öhdəsindən gəlir – sülh bağlanır. Bu sülhün şərtlərinə görə, Uzun Həsən osmanlıların Trapezundu işğal etməsinə mane olmamalı, osmanlılar isə onun dövlətinin ərazisindən çıxmalı idilər.
Danışıqlara əməl etmək üçün II Mehmet Trapezund üzərinə hücuma keçərkən Sara xatunu və onun başçılıq etdiyi heyəti də özü ilə götürür.ÿ1461-ci il oktyabrın 26-da Trapezundun mühasirəsi qələbə ilə nəticələnir. Sara xatun sultanı inandıra bilir ki, Trapezund çarlığının xəzinəsindəki sərvətin bir hissəsi onun gəlini Dəspinə xatuna çatmalıdır və həmin iri məbləği də götürüb, özü ilə vətənə aparır.
“Padşah Həsənin qanunları”…
Amma bundan sonra Ağqoyunlu dövlətiÿQara dənizdən keçən ənənəvi ticarət yolunu itirmiş olur. Bundan sonra osmanlılar Uzun Həsənin digər bir müttəfiqini – Qaraman bəyliyini də tutub, onu faktiki olaraqÿAralıq dənizinə çıxışdan da məhrum edirlər. Osmanlı ilə münasibətlərdə gərginlik artır. Osmanlılar QaraqoyunluÿCahanşah Həqiqiniÿvə teymurilərdən olan Əbu Səidi Uzun Həsənlə mübarizəyə təhrik edirlər.ÿ1467-ci ildə Uzun Həsən gərgin savaş sonunda Cahanşah Həqiqini məğlub edir, onun başını kəsib, müttəfiqi ÿƏbu Səidə, Həsənəlinin başını isə Sultan II Mehmetə göndərir.
Bundan sonra da teymuri Əbu Səid Azərbaycan üzərinə hücuma keçmək planından daşınmamışdı. Keçmiş müttəfiqi şirvanşahın köməyinə bel bağlayan Əbu Səidÿ Şirvana ÿdoğru hərəkət edir. Lakin Şirvanşah ÿFərrux Yasarÿ Ərdəbil hakimiÿŞeyx Heydərlə birlikdə Uzun Həsənin tərəfinə keçir və Əbu Səidin qoşunları tamamilə mühasirəyə alınır. Bu döyüş tarixəÿ Mahmudabad döyüşü kimi daxil olmuşdur. Əbu Səid qaçmağa cəhd göstərsə də, onu tutub edam edirlər. Həsənəli isə Uzun Həsənin oğlu Uğurlu Məhəmmədin əlində ölür.
Bununla, Qaraqoyunlular dövlətiÿ süqut edir,ÿ Teymurilər dövləti ÿisə həddən artıq zəifləyir. Uzun Həsən Azərbaycanın əsasında Qərbi Iranın, Iraqın, Ermənistanın, Kürdüstanın, Diyarbəkirin, Şərqi Gürcüstanın və digər kiçik dövlətlərin də daxil olduğu möhtəşəm bir dövlət qurur. Həmin dövlətin paytaxtı isə Azərbaycanın paytaxtıÿTəbrizÿ olur.
Beləliklə, Ağqoyunlu dövlətinin tarixində yeni bir dönəm başlayır. Amma ən güclü rəqib qalırdı, bu, Osmanlı dövləti idi. Ölkə iqtisadiyyatını inkişaf etdirmək üçün Uzun Həsən bir sıra islahatlar aparır. Bunlar öz əksini onun Qanunnaməsində tapmışdır. Sonralar bu toplu “Padşah Həsənin qanunları” adı ilə məşhurlaşır. Həmin qanunların həyata keçirilməsi nəticəsində vergilərin yığılması qanuniləşir və sistem şəklini alır, sənətkarlıq və ticarət inkişaf edir. Uzun Həsənin xəzinəsi dolur və Azərbaycanda möhtəşəm bir mərkəzləşdirilmiş dövlət yaranır.
“Vikipedia” bu tarixlə bağlı faktlara geniş yer verərək yazır ki, ordusunun təkmilləşdirilməsi haqqında çox düşünən Uzun Həsən bu məqsədləÿ Avropadanÿ mütəxəssislər çağırır və nizami ordu yaratmaq istəyir.ÿVenesiyaÿvə başqa ölkələrdən gəlmiş mütəxəssislər odlu silah istehsal etmək üçün ona kömək göstərirlər. Ölkədə top istehsalına başlanılır, topçu kadrlar hazırlanmasının əsası qoyulur. Lakin lazımi qədər top istehsal etmək Uzun Həsənə müyəssər olmur, topların qərbdən gətirilməsi işi isə müxtəlif səbəblər üzündən tez-tez pozulur.
Bundan başqa, Uzun Həsən böyük tikinti işləri də aparır. Onun sarayında alimlər məclisi fəaliyyət göstərir və zəngin kitabxana yaradılır. Kitabxanada çoxlu alim çalışır, onun nəzdindəki emalatxanalarda isə o dövrün ən görkəmli xəttat və rəssam-miniatürçüləri fəaliyyət göstərirdi. Sonralar, Səfəvi şahlarından Ismayıl və Təhmasibin zamanında həmin kitabxana genişlənir və daha da zənginləşdirilir. Sarayda saz çalanlar ansamblı yaradılmışdı ki, buraya da 98 aşıq daxil idi.
Osmanlıya qarşı bir savaşlar
Uzun Həsənə böyük ümidlər bəsləyən Avropa düşünürdü ki, indi yalnız o, Osmanlı imperiyasının fikrini yayındıra və onu Avropaya doğru irəliləməkdən saxlaya bilər.
Uzun Həsən 1472-ci ilin baharında öz qoşunlarını Qaramanaÿ yeridir. Bir neçə parlaq qələbə qazandıqdan sonra məşhur Ağqoyunlu süvariləri Qaramanı osmanlılardan xilas edərək, Aralıq dənizinə çıxış əldə edir. Lakin müttəfiqləri Uzun Həsəni aldadır, nəinki ikinci cəbhəni açmır, hətta razılaşdıqları kimi, odlu silahı sahilə də çıxarmırlar.
Sərkərdə Mirzə Yusif xanın başçılıq etdiyi arxa cəbhədən aralanmış Ağqoyunlu qoşunları yeni və artilleriya ilə təchiz olunmuş güclü Osmanlı ordusu ilə üz-üzə qalır. Ağqoyunlu ordusu məğlubiyyətə uğrayır və Qaraman yenidən osmanlıların əlinə keçir.ÿ1473-cü ilin ortalarında Venesiya ilə odlu silah təminatı barədə yeni razılığa gələn Uzun Həsən qoşunlarını təzədən Aralıq dənizi sahillərinə yeridir. Bu dəfə II Mehmet Ağqoyunluları yolda qarşılayır. Avqustun 1-də ÿMalatyaÿ yaxınlığında çoxdan gözlənilən döyüş başlayır. Bu gərgin döyüş üç saata qədər davam edir və Uzun Həsənin tam qələbəsi ilə başa çatır. II Mehmetÿ sülh müqaviləsi bağlamağı təklif etsə də, Uzun Həsən hərbi əməliyyatları davam etdirmək qərarına gəlir. Osmanlıların qüvvələri tükənməmiş Fərat çayının sağ sahilləri ilə geri çəkilirlər.
Uzun Həsənin öz qüvvələrinə arxayın olan sərkərdələri döyüşdən on gün sonra onu inandırıb, çayı keçmək və osmanlıları biryolluq əzmək fikrinə gətirirlər. Bu döyüş tarixəÿ Otluq beli vuruşu kimi daxil olub. Həmin qələbə osmanlılara ağır başa gəlir. Sultan hərbi əməliyyatları davam etdirmədən Istanbulaÿ yola düşür.
Amma onların vəd olunmuş silahları alıb, ordunu lazımınca silahlandırmaq imkanları yenə həyata keçmir.
1477-ci ildə Uzun Həsən özünün son yürüşünə – Gürcüstan üzərinə yürüşə gedir. Oradan zəngin qənimət və 5 min nəfərlik əsirlə qayıdır. Həmin əsirləri də öz yaxınlarına paylayır. Elə həmin vaxtlarda Uzun Həsənin oğlu, istedadlı sərkərdə və qalibiyyətli yürüşlərin iştirakçısı olan Uğurlu Məhəmməd atasına qarşı qiyam qaldırır. Qardaşı Sultan Xəlil tərəfindən təqib olunduqdan sonra isə Türkiyəyə qaçır. Sultan II Mehmet orada onu ədəb-ərkanla qəbul edir və öz qızı Kövhərxan sultanı da ona ərə verir. Uğurlu Məhəmməd atasına qarşı mübarizəsini davam etdirir, lakin onu tezliklə tutub edam edirlər. Bundan az sonraÿ- 1478-ci ilin 5 yanvarında Uzun Həsənin özü də həyatla vidalaşır. Onu özünün tikdirdiyiÿ Nəsriyyə məscid kompleksində dəfn edirlər. Bundan sonra həmin məscid “Həsən padşahın məscidi” adlanır.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir