Tanınmış gitara ifaçısı Rəmiş bu yaxınlarda amnistiyaya düşmüş Rakif Hüseynovun onun oğlu olması xəbərinə münasibət bildirib. Bununla bağlı Lent. az-a danışan Rəmiş belə deyib: “Adını qeyd etdiyiniz şəxs, oğlum deyil. O, bir- iki yerdə deyib ki, onun atasıyam. Rakif məndən 5-10 yaş balacadır. Onun atası salyanlı Oqtaydır. Necə onun atası ola bilərəm? Sadəcə, onun anasının evində, yatıb-durmuşam, başqa cür anlamayın. ”Nənəşdi” də, dostluq etmişik… İnformasiyanı dəqiqləşdirin ki, sonra narazılıq yaranmasın. Həyat yoldaşım Gülümdür, iki qızım var”.
***
Bu gün tanınmış gitara ifaçısı Rəmişin oğlunun (Rakif Hüseynov) həbsdən azad olunması ilə bağlı xəbər yayılıb. Modern.az məsələ ilə bağlı sənətkarla əlaqə saxlamağa çalışıb. Rəmişin həyat yoldaşı Gülü xanım isə sensasion açıqlama verib. Həmin fikirləri olduğu kim təqdim edirik: “Rəmiş indi yatıb. Sənin qadan alım, onun oğlu yoxdur. Bu xəbəri hardan çıxarıblar? Rəmişin iki qızı var, dörd nəvəsi. O, Rakif Rəmişdən 4-5 yaş balacadır. Rəmiş cavanlıqda onların evində kirayədə qalıb. Kişi xeylağıdır da. Onun anası ilə “salam əleyküm”ü olub. Bilirsiniz də nəyi deyirəm? Həbsxanada olanda da Rəmişin adından istifadə edib. Rəmiş dedi ki, eybi yox, dardadır, qoy adımdan istifadə eləsin”.