Bakı avtovağzalını su basdı

Bakı Beynəlxalq Avtovağzalına avtobus və avtomobilərin girişində problemlər yaranıb.

Avropa.info-nun hadisə yerində olan əməkdaşı xəbər verir ki, Bakı Metroplitenin  avtovağzal ərazisindəki yeni stansiyasının tikintisində işləyən ekskvator həmin yerdən keçən su xəttini dağıdıb. Yaranan güclü su təzyiqi nəticəsində avtovağzala giriş-çıxış bağlanıb. Qəzadan sonra yaranmış vəziyyətlə əlaqədar olaraq rayonlardan gələn avtobusların avtovağzala girişi mümkün deyil.

Baş verən hadisədən sonra əraziyə xüsusi briqada göndərilib. Lakin suyun qarşısını kəsmək hələlik mümkün deyil.

Su xəttinin partlamasından sonra Biləcəri dairəsini də su basıb.

Baş verən qəza nəticəsində Biləcəri dairəsində yerləşən bir çox dükanları da su basıb. Ərazidə avtomobillərin və piyadaların hərəkətinə məhdudiyyətlər yaranıb.