Cəbhəçi gənclərdən növbəti kampaniya

AXCP Gənclər Komitəsi əlillərlə bağlı video-rolik hazırladı

Məqsəd ölkədəki əlillərə dövlət qayğısının aşağı olmasını, əlillərin çox az təqaüd almasını ictimaiyyətə çatdırmaq və fiziki cəhətdən qüsurlu insanlara yardım göstərilməsinin vacibliyini diqqətə yetirməkdir.
 Böyük maliyyə imkanları olan ölkədə, əlil insanların çox ağır şəraitdə yaşaması ürəkağrıdıcı haldır.
AXCP hakimiyyətə gəldiyi təqdirdə əlillərin güzaranın yaxşılaşdırılması üçün aşağıdakıları həyata keçirəcəkdir
1.Əlillərin sosial vəziyyətini yaxşılaşdıran,onların tibbi,peşə və sosial reabilitasiyasını təmin edən vahid dövlət proqramı işlənib hazırlanacaq
2.Əlillərə verilən sosial müavinətlər,yardımların həcmi minimum 4 dəfə artırılacaq
3.Dövlətin büdcə vəsaitləri hesabına əlillərin məcburi tibbi sığortası həyata keçiriləcək
4.Məktəbəqədər,orta,texniki-peşə,orta-ix¬tisas və ali təhsil almaları üçün xüsusi məktəblər açılacaq.Əlillərin peşə hazırlığı keçmələri üçün ixtisaslaşmış istehsalat təcrübə laboratoriyaları(emalatxanalar,sexlər)ti¬kilib istifadəyə veriləcək.Belə məktəblər və laboratoriyalar ən müasir maddi və texniki təchizat vasitələri ilə təmin ediləcək.
5.Əlillərin məşğulluğunu təmin etmək məqsədi ilə müasir tipli xüsusi ixtisaslaşdırılmış istehsalat müəssisələri tikilib istifadəyə veriləcək.
6.Əlillər,o cümlədən Qarabağ əlilləri növbə gözləmədən dövlət hesabına mənzillərlə təmin ediləcək.Mənzillə təmin olunmasına dair müraciət etmiş əlilin ərizəsini almış müvafiq icra hakimiyyəti orqanı 1 ay müddətində onu evlə təmin edəcək.
7.”Əllillərin hüquqları haqqında” Beynəlxalq Konvensiyanın “Əlilliyin qarşısının alınması,əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununun bütün tələbləri yerinə yetiriləcək.