Ucarda bədbəxt hadisə baş verib. AzNews.az-a rayondan daxil olan məlumata görə, hadisə Bakı-Qazax magistralının 243-cü kilometrliyində, Ucar rayonunun Qüləbənd kəndi ərazisində kabel xətti çəkilişi zamanı baş verib.
Belə ki, qazıntı apararkən uçqun baş verib və 3 fəhlər torpağın altında qalıb. Onlardan ikisi – Sumqayıt sakini, 1969-cu il təvəllüdlü Rasim Talıb oğlu Abbasov, Göygöl sakini, 1961-ci il təvəllüdlü Məhəbbət Şəfəq oğlu Vəliyev öz səyləri ilə torpağın altından çıxa biliblər. Qulu adlı Sumqayıt sakini digər fəhlə isə torpağın altında qalıb. Onu çıxarmaq üçün hadisə yerində olan traktora torpağı qazmaq göstərişi verilib. Qazıntı zamanı traktorun Qulunun bədənini iki yerə böldüyü söylənilir.
Fakt üzrə Ucar rayon Prokurorluğunda cinayət işi açılıb. Rayondan bildirilib ki, istintaq bu ehtimalı da araşdıracaq. Traktor sürücüsünün də istintaqa cəlb olunduğu deyilir.
Yaralı fəhlələr Ucar rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.
.


