
İsveçin Malmö şəhərində keçirilən 57-ci “Eurovision” mahnı müsabiqəsinin qalibi 276 xalla Danimarka oldu. Yarışmada Azərbaycan ikinci (234 xal), Ukrayna üçüncü (214 xal) yeri tutdu.
Azərbaycana ən yüksək xal verən ölkələr bunlardır:
Avstriya – 12
İsrail -12
Macarıstan -12
Bolqarıstan- 12
Rusiya – 12
Malta- 12
Yunanıstan – 12
Monteneqro – 12
Gürcüstan – 12
Litva- 12
Ukrayna -10
Rumıniya – 10
Belarus – 10
Moldova – 8
Fransa – 8
Kipr – 8
“Çox güclü rəqabət gedirdi. Bir ara mənə elə gəlirdi ki, həyəcandan huşumu itirəcəm. Nə yaxşı ki, mənə dəstək olanları sevindirə bildim” – deyə Danimarka təmsilçisi Emmelie de Forest qalib kimi yenidən səhnədə çıxış edəndən sonra öz ölkəsinin televiziyasına bildirdi. Mətbuat konfransında kimi ən böyük rəqib görürdün sualına Emmelie cavab verdi: “Qonşularımız Norveç və İsveçdən, bir də Azərbaycandan qorxurdum”.




