simali-koreya-raketi

Azərbaycan Şımalı Koreyadan raket alırmış

simali-koreya-raketiBMT-nin hesabatında şok məqamlar; vasitəçi britaniyalı silah alverçisi olub

BMT-nin hesabatında Azərbaycanın adı Şimali Koreyadan hava-yer tipli zenit raketləri alqı-satqısında hallanır. Hesabata görə, Şimalı Koreyanın “Hesong Trading Corporation” şirkəti Azərbaycana 70 ədəd belə raket satmaq üçün danışıqlar aparıb. Raketlərin satılmasına vasitəçiiyi Britaniyalı silah alverçisi Maykl Reyncer edirmiş.

Bu barədə məlumatı “Associated Press” agentliyinin yayıb.

Azərbaycanda bu alqı-satqı üzrə danışıqların hansı səviyyədə, nə vaxtdan və necə getdiyinə dair məlumatlar verilməsə də, prosesin 2012-ci ilin ortalarına qədər davam etdiyini söyləmək olar. Belə ki, Maykl Reyncer 2012-ci ilin iyununda həbs edilib və güman ki, bununla da ən azı həmin dövr üçün proses qırılıb.

Britaniyalı silah alverçisinə qarşı Londonda keçirilən məhkəmədə bu anlaşmanı təsdiq edən sənədlər açıqlanıb. Məhkəmə silah alverinə dair beynəlxalq embarqonun pozulmasını təsdiq etmək üçün bu sənədləri yetərli hesab edib.

İndi BMT-nin müvafiq komitəsi Azərbaycana 70 raket sistemi satmağa çalışan Şimalı Koreya şirkəti “Hesong Trading Corporation”a qarşı sanksiyaların tətbiqini tövsiyə edir.