Səbəb yenə “təsadüfi güllə”dir…
Azərbaycan Ordusu daha bir əsgərini itirib. APA-nın məlumatına görə, hadisə Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Həmin hərbi hissədə xidmət edən əsgər, 1994-cü il təvəllüdlü Əlizadə Ramil Ətraf oğlu əlindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Faktla bağlı araşdırma aparılır.
R. Əlizadə 2012-ci ilin aprelində Lənkəran rayonundan həqiqi hərbi xidmətə çağırılıb.