Ərdoğandan Obamaya ilginc hədiyyə

ABŞ-a səfər edən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Ağ Evdə prezident Barak Obama ilə görüşə əliboş yollanmaıyb. “Azadliq.info” Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğan Birləşmiş Ştatların prezidentinə gözlənilməz bir hədiyyə edib. Türkiyənin baş naziri müsəlman olduğu haqda tez-tez iddialar səslənən dünyanın bir nömrəli adamına ərəb əlifbasında hüsnxəttlə yazılmış lövhə bağışlayıb. Lövhədə ərəbcə “Barak Hüseyn Obama” yazılıb.