“Carçı Film”in sədr müavini niyə ölüb?

İsmayıl Əliyevin ölümü ətrafında müxtəlif mülazihələr səsləndirilir

Xəbər verildiyi kimi Hesablama Palatası Ictimai Televiziya və Radio Yayımları Şirkətində yoxlamalara başlayıb.  AzNews.az-a daxil olan xəbərə görə, qurumun əməkdaşları  nümayəndələri bu gün “Carçı Film” Yaradıcılıq Birliyini təftiş edib. Nəticədə günün ikinci yarısında “Carçı Film” Yaradıcılıq Birliyinin sədr müavini, Ismayıl Əliyev ürək tutmasından vəfat edib. Sədr müavininin ölümü Hesablama Palatasının “Carçı Film” Yaradıcılıq Birliyində aşkarladığı ciddi maliyyə yeyintiləri ilə əlaqələndirilir.
I.Əliyevin ölümü “Carçı Film” Yaradıcılıq Birliyindən təsdiqlənib. AzNews.az-a bildirilib ki, Ismayıl Əliyev ürəyi ilə əlaqədar deyil, uzun sürən xəstəlikdən ölüb: “Yazıq 5-6 ay idi xəstə idi. Xərçəng xəstəliyindən əziyyət çəkirdi. Heç işə də çıxmırdı. Mən onun tələbə yoldaşıyam. Onun əməliyyatında da yaxından iştirak etmişəm. Kim deyir axı bunları”.