Rusiyada həbs edilən azərbaycanlı iş adamı ilə bağlı yeni məlumatlar
Vidadi Abbasov: «Ilham Əliyev heç vaxt «Azerros»un sturukturlarında təmsil olunmayıb, bu adamın «Azerros»a heç bir aidiyyatı yoxdur»
Rusiyanın Sankt-Peterburq şəhərində həbs edilmiş “Tülpan Ilham” ləqəbli Əliyev Ilham Oruc oğlunun saxlanlıması təsdiqlənib. Artıq Rusiya saytları da bu qalmaqallı həbs barədə xəbərlər verməkdədirlər. Fontanka.ru saytının yaydığı xəbərə görə, Ilham Əliyevlə bərabər daha 6 nəfər saxlanılıb. Onlar bir neçə qətlin sifarişində, habelə şəhərdəki iş adamlarının, xüsusən də azərbaycanlıların əmlaklarının ələ keçirməkdə günahkar bilinirlər.
Bu arada dia.az saytının yazdığına görə, Peterburqda və Rusiyada tanınmış iş adamlarından olan Vaqif Məmişov Ilham Əliyevlə qudadırlar. Saytın yazdığına görə, Əliyev oğluna Vaqif Məmişovun qızını alıb.
Dünən Peterburqdakı Azərbaycan icmasındakı mötəbər mənbələrdən olduqca ilginc bir məlumat almışıq. Mənbənin dediyinə görə, Ilham Əliyev və onunla birgə həbs edilənlər dərhal şəhərin Vesevolcsk rayon polis idarəsinə gətirilib. Əslində onların iki gün əvvəl saxlanıldığı deyilir. Mənbənin dediyinə görə, Ilham Əliyev saxlanıldıqdan sonra onun adamları dərhal hərəkətə keçiblər. Hüqüq-mühafizə orqanlarına 50 milyon rubl-təxminən 1 milyon 650 min dollar təklif edilib. Sonradan bu rəqəmin bir qədər də artırıldığı deyilir. Amma qrupun törətdiyi cinayətlər olduqca səsli-küylü olduğundan problem həllə olunmayıb. Əliyev və dəstəsi içəridə qalıb.
Mətbuatda Ilham Əliyev Söyün Sadıqovla da əlaqələndirilir. Moskvada fəaliyyət göstərən “Azerros”un vitse-prezidenti Vidadi Abbasov isə “Azadlıq”a bildirib ki, adıçəkilən Ilham Əliyevin Söyün Sadıqovla əlaqələndirilməsi düzgün deyil. Çünki Sadıqov yanvar ayından etibarən artıq bu qurumda təmsil olunmur, quruma Abbas Abbasov rəhbərlik edir.
Abbasovun açıqlamasında o da deyilir ki, bəzi KIV-lər Ilham Əliyevin Söyün Sadıqovun Peterburqlakı səlahiyətli nümayəndəsi olduğu baradə də yalan məlumat yayırlar. “Açıq şəkildə bildirirəm ki, Ilham Əliyev heç vaxt ”Azerros”un sturukturlarında təmsil olunmayıb, bu adamın “Azerros”a heç bir aidiyyatı yoxdur”.