Norveçin “Forum-18″ insan haqları təşkilatının koordinatoru Feliks Korley məhbəsdə olan ilahiyyatçı Hacı Tale Bağırzadənin vəkili Cavad Cavadovla telefon əlaqəsi saxlayıb.
Norveçli hüquq müdafiəçisi vəkildən Tale Bağırzadə, eləcə də onunla birgə həbs olunan Anar Məlikov haqda ətraflı məlumatlar istəyib, onların həbsinin təfərrüatlarıyla maraqlanıb.ÿTəşkilat rəsmisi bildirib ki, bu işi diqqətdə saxlayacaqlar.
Qeyd edək ki, Norveçin “Forum-18″ insan haqları təşkilatı müxtəlif ölkələrdə vətəndaşların vicdan və din azadlıqlarını müdafiə edə nüfuzlu qurum hesab olunur. ”Forum-18″ hesabatlarını BMT, ATƏT kimi önəmli beynəlxalq təşkilatlara təqdim edir.
“Forum-18″ artıq Hacı Tale Bağırzadəylə bağlı məlumatları özünün internet səhifəsinə yerləşdirib.


