O, «facebook» statuslarında hakimiyyəti tənqid edirdi
Dindar blogger Rəşad Həqiqət Ağaəddin mayın 10-da narkotik ittihamı ilə tutulub. Bu barədə onun ailə üzvləri bildirib.
Ailə üzvlərinin sözlərinə görə, Rəşad Həqiqət Ağaəddini Daxili Işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsi saxlayıb. Bu idarədən “Turan”a Rəşad Həqiqət Ağaəddinin saxlanması ilə bağlı məlumat verməkdən imtina ediblər: “Bizdə kiminsə saxlanması ilə bağlı hər hansı məlumat yoxdur”.
Rəşad Həqiqət Ağaəddinin “facebook” səhifəsi (Rashad Heqiqet Ağaaddin) dini mövzularla daha çox zəngindir. Onun məqalə və statuslarında əsasən azadlıq və ədalət mövzuları əks olunub.
Ağaəddin hazırkı hakimiyyəti də tənqid edir. Onun bəzi tənqidi statuslarından bəzilərini təqdim edirik:
– “Ilham bozkürd Ginnesin Rekordlar Kitabını təzələmək niyyətindədi! Deyir ki, ən azı on dəfə dalbadal prizident olacam!!!”;
– Məndə sığar bütün müsəlmanlar!
Amma mən bu Əliyev rejiminə sığmazam ki, sığmazam!”;
– “Bəzən mənə elə gəlir ki, şeytan Əliyev rejimi hələ uzun illər bu xalqa zülm edəcək!
Nizami Rəmzinin bu misraları yadıma düşdü:
Hardasan ey bizim XILASKARIMIZ?
Sənsiz yaman oldu bizım halımız”.