Avstriya-Azərbaycan bəyannaməsindəki “insan haqları” niyə “unuduldu”?

Mayın 13-də Vyanada Azərbaycan və Avstriya prezidentləri arasında imzalanmış dostluq və əməkdaşlıq haqqında birgə bəyannamədə “dəyərlər, demokratiya norma və prinsipləri”, “insan hüquqlarına hörmət olunması”, “qanunun aliliyi” mövzuları xüsusi qeyd olunub. Bu barədə Avstriya prezidentinin saytı məlumat verir.

Qeyd olunur ki, Hayns Fişer Azərbaycanın qarşıdakı prezident seçkilərinə “böyük sayda” müşahidəçi dəvət edəcəyini “çox yaxşı fakt” kimi vurğulayıb. Prezident həmçinin Azərbaycanın bu ölkədə antikorrupsiya akademiyasında iştirak edəcəyindən məmnun olduğunu qeyd edib.

Qeyd edək ki, nə Azərbaycan prezidentinin saytı, nə hökumət, nə də hökumətyönlü KİV Əliyevlə Fişerin söhbətinin bu hissəsinə toxunmayıblar. Bəyannamənin mətnində insan hüquq və azadlıqları mövzusuna diqqət yetirilməyib. Hökumətyönlü və rəsmi KİV-in Prezident Administrasiyasından siyasi idarə olunmasını nəzərə alsaq, əsas diqqətin enerji əməkdaşlığına yönəldilməklə Qərbin enerji maraqlarının prioritet olduğunu nümayiş etdrməyə üstünlük verildiyi ayıdn olar (contact.az).