Vicdan məhbusu son manatını “Azadlıq”a göndərdi

“Bütün əngəllərə rəğmən mübarizə apardığınız üçün sizə təşəkkür edirəm”

ADP Gənclər Təşkilatının fəalı, vicdan məhbusu Rəsul Mürsəlov hazırda saxlandığı 14 saylı Cəzaçəkmə Müəssisəsindən “Azadlıq”a çox təsirli bir məktub yollayıb. Məktubu olduğu kimi dərc edirik:

“Hörmətli “Azadlıq” qəzeti
Mən azad söz tərəfdarı olaraq qəzetinizə yaradılan süni problemlərə görə hakimiyyəti şiddətlə qınayır, sizə isə bütün əngəllərə rəğmən mübarizə apardığınız üçün təşəkkür edirəm.
“Azadlıq”a dəstək olmaq üçün cibimin son pulunu, 1 manatı sizə göndərir və böhrandan qısa zamanda qurtulmağınızı arzu edirəm.
Hesab edirəm ki, bir məhbusun son pulunu dəstək üçün göndərməyi, hakimiyyətin simasını ortaya qoyur.

ADP Gənclər Təşkilatı fəalı, vicdan məhbusu Rəsul Mürsəlov
14 saylı Cəzaçəkmə Müəssisəsi
6 may 2013”