AXCP Rəyasət Heyətində önəmli müzakirələr

Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin Rəyasət Heyəti (AXCP RH) növbəti iclasını keçirib. İclasda ölkədəki ictimai-siyasi durum və təşkilatdaxili məsələlər müzakirə edilib.
Milli Şuranın yaradılması ilə bağlı partiya sədri Əli Kərimlinin məlumatı dinlənilib, bu yöndə aparılan danışıqlar və görülən işlər təhlil olunub.
Ötən həftə ərzində rayonlarda keçirilən partiya tədbirləri ilə bağlı AXCP RH-in ezamiyyətdə olan üzvlərinin hesabatları dinlənib, keçirilən müşavirələr müsbət qiymətləndirilib. Onların davam etdirilməsi məqsədəuyğun sayılıb. Növbət həftə üçün müşavirə keçiriləcək rayon şöbələri müəyyənləşdirilib.
AXCP RH Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyi ilə bağlı mayın 28-də kütləvi tədbir və AXCP Ali Məclisinin sessiyasının keçirilməsi barədə qərar qəbul edib.

İclas barədə məlumatı AXCP mətbuat xidməti yayıb.