Günün ulduz falı (12.05.2013)

QOÇ
Bu gün çox vacib işlərinizi görə bilərsiniz. Məsələn, sövdələşmə imzalamaq, böyük məbləğli alış-veriş üçün əlverişli gündür. Qadınlarla əməkdaşlıq edən “Qoç”ları bu gün uğur gözləyir.
BUĞA
Həyatınızı qəlizləşdirmək istəmirsiniz. Həmkarlarla qeyri-rəsmi şəraitdə görüş üçün münasib gündür. Onlarla aranızda olan dedi-qodudan faydalı informasiya çıxara bilərsiniz.
ƏKIZLƏR
Xoş gündür. Xoş sürprizlər, gözlənilməz uğurlar sizi gözləyir. Son zamanlar sizi narahat edən problemlər gözlənilmədən həllini tapacaq.
XƏRÇƏNG
Müxtəlif tapşırıqların öhdəsindən asanlıqla gələcəksiniz. Reklam, şou-bizneslə məşğul olan “Xərçəng”ləri böyük uğur gözləyir. Ehtimal ki, gəliriniz olacaq.
ŞIR
Əhvalınız sabit olmayacaq. Ev qayğıları vaxtınızın əsas hissəsini alacaq. Nəticə isə sizi qane etməyəcək. Bu gün daha vacib işlərlə məşğul olmağınız məsləhətdir.
QIZ
Yeni dostlar qazanacaqsınız. Yeni macəranın başlanğıcı da istisna deyil. Ehtimal ki, az olmayan gəliriniz olacaq. Bu pulun vasitəsilə riskli biznes layihəsində şəxsi işlərinizi quracaqsınız.
TƏRƏZI
Professional planlarınızı reallaşdıracaqsınız. Rəhbər “Tərəzi”lər tabeliyində olan işçilərlə asanlıqla dil tapacaqlar. Bürcün nümayəndələri təşkilatçılıq və administrativ məsələlərin öhdəsindən yaxşı gələcəklər.
ƏQRƏB
Günün birinci yarısı xoş müstəvidə keçməyəcək. Işiniz çox olacaq. Mötəbər adamlardan biri ilə aranızda mübahisə yaşanacaq. Nəticədə kifayət qədər məbləğdə pul itkisi verəcəksiniz. Günün ikinci yarısında situasiya yaxşlığa doğru dəyişəcək.
OXATAN
Maliyyə problemləri gözlənilir. Qənaətcil deyilsiniz, pulu hara gəldi, nəyə gəldi xərcləyirsiniz. Yaxın ətrafınız sizi həmişə yaxşı başa düşmür. Yaxşı olar ki, günün ikinci yarısını fəal istirahətə həsr edəsiniz.
OĞLAQ
Ehtimal ki, uğurlu səfərləriniz olacaq. Evdən uzaqlarda yaxşı alış-veriş edə bilərsiniz. Axşam saatları kübar məclislərinin ziyarəti üçün münasibdir. Tezliklə ciddi xarakter alacaq romantik münasibətin təməli qoyulacaq.
DOLÇA
Bu gün nə edirsinizsə, hamının diqqətini cəlb edəcəksiniz. Maliyyə məsələlərinin həlli üçün məhsuldar gündür. Alacağınız məbləğ gözlədiyinizdən çox çıxacaq. Şəxsi müstəvidəki dəyişikliklər sizi sevindirəcək.
BALIQLAR
Müttəfiq seçərkən diqqətli olun. Bu gün çoxları sizin pişvazınıza çıxacaq. Ancaq yadda saxlayın ki, heç də hamısı bunu təmənnasız etməyəcək. Köməyi yalnız kimlərə borclu olduğunuzu hesab etdiyiniz adamlardan qəbul edin.