“Medya TV”-də yayımlanan, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin müəllifi olduğu “Azərbaycan saatı” verilişi yenidən yayıma başladı. Bu barədə “Azadlıq”a Qənimət Zahid məlumat verib.
Onun sözlərinə görə, dünəndən veriliş həmişəki vaxtda (Bakı vaxtı ilə 20:00-da) efirə gedib: “Yenidən eyni məkanda, eyni vaxtda efirə çıxacağıq. Tez-tez bu cür dayanmalar ola bilər. Çünki Azərbaycan hökuməti müəyyən əllər vasitəsilə kanal rəhbərliyinə təzyiq etməyə çalışır. Ancaq bütün bunlar bizim işimizi dayandıra bilməz”.
Qarşıdakı aylarda bir neçə peykdən gündəlik yayımlanacağını deyən Qənimət Zahid yaxın zamanlarda televiziya açacaqlarını bildirir: “Biz bunu tez bir zamanda həyata keçirəcəyik. Bu hazır olan kimi hər kəsə müraciət edəcəyik ki, burada müəllif və başqa proqramlarıyla çıxış etsinlər”.
Ramin