Cəlal Əliyev Fəxri Xiyabana əsa ilə gəldi

Sevil Əliyeva isə «Gül bayramı»nda görünmədi

Çoxdandır görünməyən Milli Məclisin 85 yaşı üzvü, Ilham Əliyevin əmisi Cəlal Əliyev eks-dövlət başçısı Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Fəxri Xiyabanda onun məzarını ziyarət edib. Cəlal Əliyev ziyarətə əsa ilə gəlib. Bu barədə məlumatı Modern.az saytı yayıb.
“Azadlıq” olaraq qeyd edək ki, bir neçə il öncə Heydər Əliyev adına parkın açılışında Əliyevlər ailəsilə birgə iştirak edirdi. Bu dəfə isə Cəlal Əliyev Fəxri Xiyabana tək gəlib. Heydər Əliyevin qızı Sevil Əliyeva isə ümumiyyətlə dünənki tədbirlərdə görünməyib.