Sabiq nazirlər Milli Şuraya gəlir?

Rüstəm İbrahimbəyov: «Əli Insanovla Fərhad Əliyevə təklif göndərilməyib»

Milli Şuranın ideya müəllifi Rüstəm Ibrahimbəyovun qurumda görmək istədiyi şəxslər sırasında keçmiş səhiyyə naziri Əli Insanovla keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev də var. “Yeni Müsavat”ın qəzetinin yazdığına görə, Milli Şuranın ideya müəllifi Rüstəm Ibrahimbəyov eks-nazirlərə artıq belə bir təklif göndərib. Xəbərdə bildirilir ki, siyasi səbəblərlə həbs edilən hər iki eks-nazirə Milli Şurada qiyabi təmsilçilik təklif olunub. Ancaq hələlik eks-nazirlərin Rüstəm Ibrahimbəyovun təklifinə cavab verib-vermədiyi haqda bilgi yoxdur.
Yayılan məlumatın nə dərəcədə həqiqətə uyğun olduğunu öyrənmək üçün hazırda Moskvada olan Rüstəm ibrahimbəyova müraciət etdik.
R.Ibrahimbəyov Milli Şuraya bir çox adamların dəvət edildiyini və bu məsələ ilə özünün məşğul olmadığını bildirdi. Lakin bununla belə sabiq nazirlərə təklif göndərilmədiyini də qeyd etdi: “Çox adama təklif göndərilib. Mən bu işdə iştirak etmirəm, ancaq deyə bilərəm ki, Əli Insanovla Fərhad Əliyevə təklif göndərilməyib”.

Fizzə