Spiker, Kəmaləddin Heydərov, Vasif Talıbov və Bəylər Əyyubovla üz-üzə gəlməli olacaq
Milli Məclisin spikeri Oqtay Əsədov da su biznesinə baş vurub. Bu barədə “Azadlıq”a verilən məlumatda deyilir ki, artıq Sulutupədə Oqtay Əsədova məxsus iri su istehsalı müəssisəsi fəaliyyətə başlayıb. Ilkin olaraq müəssisədə qazlı sular buraxılacaq. Bir qədər sonra isə şirin sular istehsal ediləcək. Oqtay Əsədovun müəssisəsində istehsal olunan sular “Elsu” ticarət nişanı ilə bazara girəcək.
Məlumat üçün deyək ki, hazırda su biznesi fövqəladə hallar naziri Kəmaləddin Heydərov(“Jalə”), Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov (“Badamlı”) və prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun (“Vitamin”) nəzarətindədir. Deməli, Oqtay Əsədov “Elsu”ya görə adıçəkilən məmurlarla üz-üzə gəlməli olacaq.
İnformasiya şöbəsi