Əbülfəz Qurbanlı və Turqut Qəmbər azadlıqda (FOTOLAR)

AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı və “Nida” vətəndaş hərəkatının üzvü Turqut Qəmbər mayın 10-u saat 22 radələrində azadlığa çıxıblar.

Onlar aprelin 30-da ADNA-dakı terrorun ildönümü ilə əlaqədar “Terrora yox!” şüarı ilə keçirilən aksiya zamanı saxlanılmışdılar. Gənclərə 10 sutkalıq həbs kəsilmişdi. Mayın 10-da onların sutkalıq inzibati həbs müddəti başa çatıb.

Həmin aksiyada həbs edilmiş “Azad Gənclik” təşkilatının üzvü İlkin Rüstəmzadənin isə həbs müddəti mayın 15-də bitəcək.