aslanismayilov-enyeni

Avropadan Aslan İsmayılova dəstək

aslanismayilov-enyeni“O, sözün həqiqi mənasında xalqının vəkilidir. Ona hücum xalqa hücumdur”

Avropa Azərbaycanlıların Milli Birlik Şurası tanınmış hüquqşünas Aslan İsmaylovun Vəkillər Kollegiyasından xaric edilməsilə bağlı bəyanat verib. Bəyanatda deyilir:
“Tanınmış hüquqşünas Aslan İsmaylovun Vəkillər Kollegiyasından xaric edilməsi xəbərinə hiidətimizi gizlədə bilmirik. Biz hesab edirik ki, Aslan İsmaylova hücum Azərbaycanda mövcüd avtoritar rejimin ilərdir azad fikirli vətəndaşlara münasibətdə tətbiq etdiyi “çörəksiz qoyma” əməliyyatının tərkib hissəsidir. Məlumdur ki, rejim avtoritarizmi qoruyub saxlamaq və daha da möhkəmləndirmək naminə Azərbaycan xalqını bütün vasitələrdən istifadə edib sındırmağı qarşısına məqsəd qoyub, bunun da ən populyar forması vətəndaşını çörəklə imtahana çəkməkdən ötrü işsiz qoyma əməliyyatıdır.
Aslan İsmaylov son dövr Azərbaycan ictimai həyatının ən fəal iştirakçıdır. Heç bir vaxt ədalətsizliyə və haqsızlığa dözməyən Aslan İsmaylov müasir Azərbaycan ictimaiyyətinin ən parlaq simalarından biridir. O, sözün həqiqi mənasında xalqının vəkilidir. Aslan İsmaylova hücum Azərbaycan xalqına hücumdur. Xalq vəkilinin haqqın və ədalətin yanında dayandığına görə danışmaq və işləməkdən məhrum edilməsi Azərbaycanda huquq sisteminin illuziya olmasının təsdiqidir. Burada ali dövlət hakimiyyəti işğal olunub, hüquq sistemi isə Prezident Administrasiyasının rəhbəri, adam oğurluğu və mandat satışında adı hallanan Ramiz Mehdiyevin və rejimin faşistsayağı təbliğatçısı Əli Həsənovun simasında təcəllə edib.
Biz qətiyyətlə Aslan İsmaylova hücumu pisləyir və onun hüquqlarının bərpa edilməsini tələb edirik”.

Bəyanatı Avropa Azərbaycanlıların Milli Birlik Şurasının Sədri Qabil Rzayev imzalayıb.