Bədəlbəylilərin böyük missiyalı yetirməsi
Azərbaycan mədəniyyət tarixində bir çox nəsillərlə bərabər Bədəlbəylilər nəslinin də xüsusi xidmətləri olub. Bu nəsil şəcərəsinin tanınmış nümayəndələri sırasında ilk olaraq dövrünün maarifpərvər ziyalılarından sayılan Bədəl bəy Bədəlbəylini misal gətirə bilərik.
Qori Seminariyasını bitirərək Şuşada müəllimlik edən Bədəl bəy XX əsrin əvvəllərindən Bakıda 35 il fasiləsiz rus-müsəlman məktəbində müdir işləyib. Peşəkar musiqimizin yaradıcısı Üzeyir Hacıbəyovun xalası oğlu Bədəl bəy özünü bir çox tamaşalarda aktyor kimi də sınamışdır. O, “Leyli və Məcnun” operasında Məcnun, Ibn Salam obrazlarını böyük məharətlə ifa etmişdir. Bədəl bəy teatrda həvəskar kimi çalışsa da, bu sənət yolunu sonra nəslin parlaq simalarından biri Əhməd Bədəlbəyli davam etdirmişdir.
Azərbaycanın məşhur opera müğənnilərindən olan Əhməd Bədəlbəyli teatr sənətimizdə dərin iz buraxan şəxslərdəndir.ÿƏhməd Bəşir oğlu Bədəlbəyli (Ağdamski)ÿ5 yanvarÿ1884-cü ildə Şuşada ziyalı ailəsində anadan olub. Kiçik Əhməd hələ kiçik yaşlarından teatra çox böyük maraq göstərirdi. O, teatr həvəskarları dərnəyinin, xalq mərasim tamaşalarının fəal ları sırasında öz istedadını səylə nümayiş etdirirdi. O, 1910-cu ildə “Nicat” Xeyriyyə Cəmiyyətinin teatr truppasında səhnə fəaliyyətinə başlamışdır. Teatrda çalışdığı illərdə o,ÿHüseynqulu Sarabski,ÿHüseyn Ərəblinski,ÿMirzəağa Əliyev, H.Hacıbababəyov və sair sənət fədailəri ilə dostluq, əməkdaşlıq edirdi.ÿBu dövrdə Üzeyir Hacıbəyovÿteatr səhnəsində qadın aktrisaların olmadığı üçün çalışırdı ki, öz opera və musiqili komediyalarında qadın rolları az olsun və ya heç olmasın. Bu vəziyyətdən çıxış yolu deyildi. Şərq aləminin ilk operası olan “Leyli və Məcnun”u səhnəyə qoyanda başlıca məsələ Leyli rolunun ifaçısını tapmaq idi.
Dahi bəstəkarımız Üzeyir bəyin anası Şirin xanımla Əhməd Bədəlbəylinin anası Əzizə xanım doğma bacı idilər. Buna görə də, Üzeyir bəy xalası oğluna üz tutur. O zaman Əhmədin ən böyük arzusu müəllim olmaq idi, lakin teatra olan məhəbbət onu səhnəyə gətirib çıxarır. Həmin dövrdə Əhməd tələbə idi, tələbələrin teatrda oynamaları bir yana, axşam tamaşalarına baxması üçün belə xüsusi icazə olmalıydı. Belə bir icazə alınır və Əhməd bəy Leylini oynamağa başlayır. Tanınmasın deyə, adını “Miri” yazdırır. Sonralar isə səhnə təxəllüsü olaraq özünə Ağdamski familiyasını götürür.
“Kaspi” qəzetinin 1915-ci il 116 sayında yazılmışdı:2
“Bu gecə Leyli rolunda çıxan Ağdamski öz istedadının ən yüksək mərhələsində idi. Artistin səsi əla idi. Tamaşaçılar onu arası kəsilmədən alqışlayırdılar”.
Qadın rollarının mahir ifaçısı…
Dövrünün hadisəsinə çevrilən və səhnədən düşməyən “Leyli və Məcnun” operasında baş rolların ifaçılarının ifasınıÿ1916-cı ilÿ22 dekabrÿtarixli “Kaspi” qəzeti öz səhifələrində belə təqdim edirdi: “Leyli rolunda ölüm səhnəsini xüsusi ilhamla oynayan Ağdamski Sarabskiyə çox gözəl tərəf-müqabil idi”.
Əhməd Ağdamskinin çıxışı Üzeyir Hacıbəyovunÿxoşuna gəlir və sonralar o, bəstəkarın əsərlərində baş rolların ifaçısına çevrilir. Beləliklə o, inqilabdan əvvəlkiÿAzərbaycanÿopera və musiqili komediya teatrı səhnələrində ilk dəfə qadın rollarının ifaçısı kimi tanınmışdır. O, qadın rollarını elə artistlik məharətlə ifa edirdi ki, hətta tamaşadan sonra qadın kimi ona çiçək göndərənlər də az olmurdu. Onun oynadığı qadın rollarının hamısı xarakter etibarilə bir-birindən fərqlənirdi. Bu obrazların hər birini tamam ayrı səpkidə oynayırdı. Aktyorun xüsusi məharəti onda idi ki, səhnədə tək oyun tərzi yox, səsi də dəyişilirdi. Beləliklə, o, düz 12 il səhnəyə qadın qiyafəsində, qadın geyimində çıxdı.ÿÜzeyir Hacıbəyovunÿ”Leyli və Məcnun” operasında Leyli, “Əsli və Kərəm”də Əsli, “O olmasın, bu olsun”da Gülnaz, “Arşın mal alan”da Gülçöhrə, “Ər və arvad”da Minnət, “Rüstəm və Söhrab”da Təhminə, “Şah Abbas və Xurşudbanu”da kəndli qızı. Bu rollar da opera tarixinə unudulmaz obrazlar olaraq düşmüşdür.
“Vikipedia”dakı ensiklopedik məlumatda sənətkar haqqında başqa bir maraqlı fakt ortaya çıxır. Bəzən aktyor təklif olunan rollardan imtina edirdi. Onun yüksək keyfiyyətlərindən biri də oynaya bilməyəcəyi roldan bacarıqla imtina etməsi idi. Üzeyir bəy istəyirdi “Şeyx Sənan”da Xumarı Əhməd oynasın. Lakin opera sırf muğam operası olmadığı üçün oxumaqda çətinlik çəkəcəyini əvvəlcədən hiss edən Ağdamski Xumardan imtina etdi.
Ə.Ağdamski 20-ci illərin əvvəllərində, artıq oxumadığı vaxtlarda belə bekar dayanmırdı. O zamanlar Əhməd bəy orkestrdə tar çalırdı. Sonralar Leyli rolunun daha bir kişi ifaçısı yarandı -Hüseynağa Hacıbababəyovidi.
Xatirələrdə yaşayan “Əhməd əmi”
Sonralar 1934-cü ildən başlayaraq ömrünün sonuna, yəniÿ 1954-cü ilÿaprel ayının 1-nə kimi Əhməd Ağdamski pedaqoji fəaliyyətlə məşğul oldu. O,ÿAğdaş ÿrayonunun musiqi məktəbində tardan dərs verirdi.ÿ Ağdaşa ÿgəldiyi gündən rayon ziyalıları arasında hörmət qazanaraq və el məclislərində yaxından iştirak edirdi. Rayona gəldiyi gündən Ə.Ağdamski kaman ustası, gözəl musiqiçi ÿHabil Əliyevgilinÿ evində kirayənişin qalmışdır. Uşaqlıq çağlarından ÿHabil Əliyev ÿonu “Əhməd əmi” deyə çağırmış, indi də xatirələrində “Əhməd əmi” kimi qalıb. Sirr deyil ki,ÿHabil Əliyevinÿ musiqiyə gəlişində, müşayiətçi kimi yetişməsində də Əhməd müəllimin faydalı məsləhətləri və tövsiyələri çox böyük rol oynamışdır. Onun fədakar əməyinin bəhrəsi olaraq hökumətimiz tərəfindənÿ1943-cü ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.
Araşdırmaçıların yazdığına görə, əsas mənbələrdə Ə.Adamskinin həyat və yaradıcılığını, pedaqoji fəaliyyətini əks etdirən materiallar demək olar ki, yox səviyyəsində olub. Gözəl sənətkar haqqında əsas məlumatları görkəmli ifaçımız Habil Əliyev verib.
Əhməd Ağdamskinin övladları da atasına öz nəsillərinin adına layiq şəxslər kimi yetişmiş və gözəl nailiyyətlərə nail olmuşlar. Azərbaycan Respublikasının Əməkdar Geoloqu Məmməd Ağdamski bir çox elmi uğurlara imza atmış alim olaraq beş ixtiranın, on səmərələşdirici təklifin, iyirmidən çox elmi məqalənin müəllifidir.
Telman Ağdamski Fiziki kimya ixtisası üzrə tanınmış alimdir. Hazırda Analitik və fiziki kimya kafedrasının professorudur. Ixtisasca şərqşünas olan Kamilə Ağdamskaya isə pedaqoji fəaliyyətlə məşğul olmuş, bir çox mükafatlara layiq görülmüşdür.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir