Kameron Suriya məsələsinə görə Moskvaya gəlir

İngiltərənin baş naziri Devid Kemeron sabah Rusiyaya səfər edəcək. Kemeron səfər zamanı Putinlə Suriyadakı vəziyyəti müzakirə edəcəyini söyləyib.

İngiltərə parlamentinin yeni qanunvericilik ilinin açılışından sonra Lordlar Palatasında çıxış edən Kemeron Suriya rejiminin kimyəvi silahlardan istifadə etdiyinə dair gedərək artan, amma məhdud səviyyədə inandırıcı məlumatların olduğunu bildirib.

Kemeron kimyəvi silahdan istifadə iddialarına ehtiyatlı yanaşmağın vacibliyini vurğulayıb.

“Suriya rejiminin siyasi keçidə məcbur edilməsi üçün düzgün müzakirə prosesinin başlamasına və Suriyadakı vəziyyətə son qoyulmasına təcili ehtiyac var” deyən Kemeron Soçidə Rusiya prezidentiylə bu məsələni müzakirə edəcəklərini  söyləyib (trtazerbaycan.com).