“Bakı” futbol klubu Portuqaliyanın “Porto” klubu ilə əməkdaşlığa hazırlaşır. Bu barədə “Azadlıq”a klubdakı mənbədən məlumat daxil olub. Mənbənin dediyinə görə, bu məqsədlə klubun baş meneceri Zeynal Məmmədov Portuqaliyaya səfər edəcək. Əgər razılıq əldə olunsa, komandalar arasında müqavilə imzalanacaq. Xatırladaq ki, “Bakı” artıq İspaniyanın “Atletiko” klubu ilə əməkdaşlığa başlayıb. “Porto” ilə müqavilə baş tutacağı təqdirdə bu kluba iki il üçün 15 milyon avro veriləcəyi deyilir.


