Əli Kərimli növbəti sorğuda qalib gəldi

“İctimai Palatanın namizədi kim olsun?” sorğumuz bir neçə aydır davam edir və iştirakçıların sayı 20 min olduqdan sonra biz sorğunu dayandıracağıq”. Bu sözləri “Azadlıq”a Azpolitika.info saytının baş redaktoru Elnur Məhərrəmli rəhbərlik etdiyi portalda keçirilən sorğu ilə bağlı açıqlamasında deyib. Elnur Məhərrəmli bildirib ki, sorğuya hər hansı kənar müdaxilə yoxdur:
“Sorğunun obyektivliyinə zəmanət veririk. Oxucuları əmin edirəm ki, sorğuya hər hansı kənar müdaxilə yoxdur və olarsa biz bunun qarşısını dərhal alırıq. Biz bu sorğuda tərəf deyilik. Ona görə də nəticələrin obyektiv olmasına çalışırıq”.
Elnur Məhərrəmli bildirib ki, sorğuda iştirak edənlər 24 saat ərzində yalnız bir IP-dən səs verə bilərlər.
Məlumat üçün deyək ki, artıq sorğuda 19 min 208 nəfər iştirak edib. Respondentlərdən 11 min 850 nəfər AXCP sədri Əli Kərimlini, 3 min 85 nəfər Isa Qəmbəri namizəd kimi görmək istəyir. 4 min 273 nəfər isə “heç biri” variantını seçib.