Ayaz Orucovun vəzifədən çıxarılması ilə bağlı maraqlı məlumatlar yayılıb
Məcburi Köçkünlərin Sosial Inkişaf Fondunun direktoru, millət vəkili Ayaz Orucovun tutduğu vəzifədən azad edilməsilə bağlı maraqlı məlumat yayılıb. Pia.az saytının yaydığı məlumatda iddia edilir ki, Ayaz Orucov Qaraçuxur ətrafında baş nazir Artur Rəsizadənin adına tikdirdiyi villanın güdazına gedib. Həmin ərazidəki 6 sot torpağı bir xanımın əlindən zorla alıb “mən burda baş nazir üçün villa tikirəm”, deyən deputat qəzəbə tuş olub.
Məlumata görə, Ayaz Orucovun torpaq sahəsini zorla əlindən aldığı xanım bütün instansiyalara şikayət etsə də, onun şikayətinə kimsə baxmayıb. Bundan sonra həmin xanım ölkə başçısı Ilham Əliyevin xanımı, deputat Mehriban Əliyevanın qəbuluna düşə bilib. Şikayəti dinləyən Mehriban Əliyeva məsələni araşdırmağı tapşırıb. Araşdırma isə Ayaz Orucov haqqında çox maraqlı məsələləri ortaya çıxarıb.
Araşdırma ölkənin birinci xanımına təqdim olunduqdan sonra isə, millət vəkilinin Nazirlər Kabinetində tutduğu vəzifədən alınması haqqında qərar qəbul olunub.
Ayaz Orucov isə ÿModern.az saytına açıqlamasında qeyd edib ki, səhhəti ilə bağlı müalicəyə ehtiyac var: “Mənim tutduğum vəzifə isə elə bir işdir ki, hər an işinin üstündə olmalısan. Həftədə bir neçe dəfə rayonlara getməli, işə birbaşa nəzarət etməlisən. Buna isəÿsağlamlığım ÿimkan vermirdi. Ona görə də öz istəyimlə işdən çıxmaqla bağlı rəhbərliyə müraciət etdim. Təşəkkür edirəm ki, mənim müraciətimə müsbət cavab verildi. Burada başqa səbəb olmayıb və bu məsələ barədə yayılmış məlumatlar doğru deyil”.