İlham Əliyevin şahzadə dostu yenə hədəfə alındı

Böyük Britaniyada yeni skandal

İlham Əliyevin dostu kimi tanınmış, şahzadə Endryu yenə pis vəziyyətə düşüb. Onun Böyük Britaniyanın kral cəmiyyətinə üzv seçilməsi ciddi narazılığa səbəb olub. Bu cəmiyyət bütün dünyada elmin inkişafına dəstək verən təşkilat kimi tanınır. “The Guardian” qəzetinin yazdığına görə 1450 nəfərin cəmləşdiyi bu təşkilatın üzvləri şahzadə Endryunun seçilməsindən çox məyus olublar.
Formokologiya professoru olan Kolquon şahzadənin cəmiyyətə üzv seçilməsinə etiraz edənlərdən biridir. O, Endryunun reputasiyasının pis olduğunu bildirərək belə cəmiyyətə şahzadənin seçilməsini səhv addım hesab edir. Professor deyib ki, şahzadənin bəzi ölkələrin diktatorları ilə və onların yaxın adamları ilə şübhəli əlaqələri var. Necə ola bilər ki, Qazaxıstan prezidentinin kürəkəni şahzadənin malikanəsi üçün ilkin istənilən qiymətdən xeyli artıq məbləğə alıb. Qəzet qeyd edir ki, diktatorlarla yaxşı münasibətə görə şahzadə uzun müddət sərt tənqidlərə məruz qalırdı və nəticədə 2011-ci ildə Böyük Britaniyanın ticarət müvəkkili vəzifəsindən istefa verməyə məcbur olub.
Qəzet daha sonra yazır ki, Qazaxıstan və Azərbaycan kimi ölkələrin diktatorları ilə xüsusilə yaxın münasibətlərin olması şahzadəyə qarşı Böyük Britaniyada pis münasibətin formalaşması ilə nəticələnib. Daha bir maraqlı fakt ondan ibarətdir ki, ticarət müvəkkili postundan şahzadənin istefa verməsi Britaniyanın xarici siyasət idarəsindəkiləri işləyənlərin rahat nəfəs alması ilə nəticələndi.