
Aprelin 30 –da ADNA faciəsinin 4-cü ildönümündə dinc anım yürüşü etmək istəyən gənclərə qarşı hakimiyyətin münasibəti hər birinizin yadındadır.
Həmin gün AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı 10 sutka, “NİDA” İdarə Hüyətinin üzvü Turqut Qəmbər 10 sutka , AZAd Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadə isə 15 sutka inzibati həbslə cəzalandırıldılar.
Ancaq görünür hakimiyyətin gənclərə qarşı hirsi hələ soyumayıb.
AXCP Təşkilat Komitəsinin sədri Rafiq Daşdəmirli redaksiyamıza məlumat verdi ki, “artıq 2 gündür gənclərə yemək aparmaq problemə çevrilib. 2 gündür içəri yemək keçirtməyə imkan vermirlər. Deyirlər ki, yuxarıdan tapşırıq var”.
Bu qadağanı belə əsaslandırıblar ki, “siz gedib hər yerdə bizim gənclərə yaxşı münasibətimizdən, içəriyə istədiyiniz vaxt yemək keçirdiyinizdən danışırsınız. Bu isə yuxarıların qəzəbinə səbəb olub”.
Rafiq Daşdəmirli onu da əlavə etdi ki, bu hadisə ilə bağlı beynəlxalq təşkilatlara məlumat veriblər.


