Cəbhəçinin pensiyasını “yox”a çıxarıblar

AXCP Sumqayıt şöbəsinin sədri təqaüdünü ala bilmir

AXCP Sumqayıt şöbəsinin sədri Kəmaləddin Vilayətoğlu təqaüdünü ala bilmir. Bu barədə qəzetimizə şöbə sədrinin özü məlumat verib. Onun sözlərinə görə, Sosial Müdafiə Fondu təqaüdünü onun hesabına köçürsə də, pulunu ala bilmir: “Sosial Müdafiə Fondundan mənə deyirlər ki, aprelin 25-də pul ”Kapital Bank”dakı hesabına köçürülüb.
Amma kartı salıram pul yoxdur. Bankla əlaqə saxlamışam deyirlər pul köçürülməyib. Sosial Müdafiə Fondu isə israr edir ki, pul köçürülüb. Beləliklə, məsuliyyəti bu onun, o da bunun üstünə atır”. Şöbə sədri məsələ ilə bağlı müxtəlif instansiyalara müraciət etsə də, nəticəsi olmayıb.
Kəmaləddin Vilayətoğlu bunu özünə qarşı təzyiqlərin tərkib hissəsi kimi qiymətləndirir: “Mən hesab edirəm ki, bütün bunlar məqsədli şəkildə mənim siyasi fəaliyyətimə görə edilir. Bu mənə növbəti təzyiqdir. Bundan əvvəl də müxtəlif yollarla mənə təzyiq etdilər, lakin mübarizəmdən geri çəkilmədim. Indi də bu yola atıblar”.