Avstraliyanın Adelaid şəhəri universitetinin alimləri belə nəticəyə gəlib ki, hamiləlik dövründə düzgün qidalanmayan gələcək ana özü ilə yanaşı övladına da zərər vurur. Yağ və şəkərin çoxluq təşkil etdiyi yeməkləri qəbul edən ananın övladı yeməkdən daha çox asılı olur. Yağlı və şirin yeməklə uşağın beyninə təsir edir, doğulandan sonra isə bu cür yeməklərə daha çox meyl yaradır. Alimlər araşdırmaları siçanlar üzərində aparıb və belə bir nəticəyə gəlib.
Acgözlük ana bətnində yaranır
•
•