Hərbçilər ağır yol qəzasına düşüb, ölən və yaralananlar var

Elçin Mahmudov idarə etdiyi avtomaşın yolun kənarındakı qaz borusuna çırpıb

Bakıda hərbçilər ağır yol qəzasına düşüb. Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə mayın 1-də qeydə alınıb. Bakı şəhər sakini Elçin Mahmudov idarə etdiyi “Chevrolet” markalı avtomaşını yolun kənarındakı qaz borusuna çırpıb. Nəticədə sürücü aldığı xəsarətdən hadisə yerində keçinib.

Avtomobildə olan sərnişinlər – Aqil Hüseynov, miçman Vüqar Ağayev və kiçik miçman İsgəndər Məmmədov müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.