Rövnəq Abdullaev niyə görünmədi?

“Bu, ”Bakı” klubunun layihəsidir. Bura AFFA-nın heç bir dəxli yoxdur. Mətbuatdan oxumuşdum ki, görüşü AFFA və SOCAR təşkil edib. Bura AFFA-nın və SOCAR-ın heç bir aidiyyatı yoxdur. Bu, “Bakı” klubunun öz proqramı, öz layihəsidir”.
AFFA və SOSAR prezidenti Rövnəq Abdullayev bunu jurnalistələrə açıqlamasında bildirib. Əslində isə Rövnəq Abdullayev “Bakı”dan incikdir. “Atletiko”nun Bakı səfəri zamanı heç bir tədbirə dəvət edilməyib. Ya da dəvəti qəbul etməyib.
Həmin gün o, nə “Atletiko”nun şərəfinə verilən ziyafətdə olub, nə də dünən keçirilən oyun zamanı qonaqlar üçün ayrılmış yerdə görünüb.
Rövnəq müəllim təkcə prezident “Atletiko”nu qəbul edən zaman görünüb. Maraqlıdır ki, “Atletiko” Bakının prezidenti Hafiz Məmədova və ölkə başçısına xüsusi hazırlanmış köynək bağışlasa da, bunu Abdullayaevə qarşı etməyib.
Məmmədovla Abdullayevin münasibətlərinin soyuq olması heç kimə sirr deyil. Buna səbəb Bakı prezidentinin AFFA prezidenti olmaq iddiasıdır.