Bu gün Nəsimi rayon Məhkəməsində Nida Vətəndaş Hərəkatının həbsdə olan üzvü Məmməd Əzizovun məhkəməsi keçirilib.
Məhkəmə Məmməd Əzizov haqqında seçilmiş həbs-qətiimkan tədbirinin müddətini daha iki ay uzadıb.
Qeyd edək ki, “Nida” Vətəndaş Hərəkatının 7 üzvü – Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Zaur Qurbanlı, Rəşad Həsənov həbs olunub. Beynəlxalq “Amnesty İnternational” təşkilatı gəncləri vicdan məhbusu elan edib.